Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-311/2025 09.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X13, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11.30 radələrində polis əməkdaşları tərəfindən izahatının alınması üçün RPŞ-nə dəvət etsələr də Şəxs RPŞ-nə getlməkdən imtina edərək ucadan ünvanlı və ünvansız söyüşlər söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 11.30 radələrində polis əməkdaşları onu intizama dəvət edən xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, RPŞ-nin təhqiqat bölməsinin icraatında Kürdəmir rayon Atakişili kənd sakini Şəxs barəsində material vardır. Dəfələrlə onu RPŞ-nə dəvət etsələr də, çağırışdan yayınmışdır. xx.xx.2025-ci il tarixdə İTB-nin sahə polis nəfəri X9 polis şöbəsinə gətirmək üçün getmiş, Zaur onlara tabe olmamış, öz hərəkətlərini davam etdirdiyi üçün saxlanılaraq rayon PŞ-nə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayon Atakişili kəndində yaşayır, evlidir. Barəsində RPŞ-nə müraciət olunmasından xəbəri olmamışdır. Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı polis mayoru Sadıq Sadıqov onunla telefon əlaqəsi saxlayaraq polis şöbəsinə dəvət etmiş, həmin vaxt uşağı xəstə olduğuna görə Bakı şəhərində uşaq xəstəxanasında həkimin qəbulunda olduğuna görə rayona qayıdandan sonra gələcəyini bildirmiş və bundan bir neçə gün sonra evlərinə gəlmişdir. Növbəti gün küçəyə çıxıb aptekə getmək istərkən polis əməkdaşları ona yaxınlaşıb kəmərindən tutaraq maşına oturtmaq istərkən onlara izah etmişdir ki, tədqiqatçı ilə danışmış, uşağa dərman alıb evə verəndən sonra özü polis şöbəsinə gedəcəkdir. Polis əməkdaşları onun dediklərinə məhəl qoymayaraq məcburi qaydada polis maşınına mindirib şöbəyə aparmışlar. Tədqiqatçı ondan izahat alandan sonra polis əməkdaşları onun barəsində protokol tərtib edərək məhkəməyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Kürdəmir şəhəri 69-cu məhəllədə yaşayan X6 şikayəti əsasında təhqiqat bölməsində araşdırılan işlə bağlı izahat vermək üçün polis serjantı X4 ilə birlikdə Şəxs yaşadığı ünvana getmiş və onu polis şöbəsinə dəvət etmişlər. Şəxs onlar ilə xoşa gəlməz rəftar edərək ucadan etiraz etdiyinə görə məcburi qaydada polis maşınına mindirib polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ əməkdaşı polis serjantı X4 da şahid X8 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı polis mayoru X5 məhkəmədə şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, Kürdəmir şəhəri 69-cu məhəllədə yaşayan X6 Kürdəmir rayon Atakişili kənd sakini Şəxs tərəfindən döyülməsi barədə şikayətinə əsasən tərəfindən araşdırma aparılarkən telefonla zəng edərək Şəxs izahat vermək üçün polis şöbəsinə dəvət etmişdir. O, bildirmişdir ki, uşağı xəstələndiyi üçün Bakı şəhərindədir və rayona qayıdandan sonra gələcək. Üstündən bir neçə gün keçəndən sonra yenidən onun telefonuna zəng etmək istəmiş, əvvəlcə telefona zəng çatmamış, sonradan telefona cavab verərkən vaxtı olanda gələcəyini bildirmişdir. Materialı vaxtında yekunlaşdırmaq üçün həmin əraziyə baxan polis əməkdaşlarına bildirmişdir ki, Şəxs izahat vermək üçün polis şöbəsinə gətirsinlər. 07 aprel 2025-ci il tarixdə polis əməkdaşları Şəxs şöbəyə gətirmiş və ondan izahat alandan sonra materialı yekunlaşdırmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Şəxs çağırış vərəqəsi göndərməmiş və məcburi qaydada polis şöbəsinə gətirilməsi üçün qərar qəbul etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahid ifadələrini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir şəhəri 69-cu məhəllədə yaşayan X14i xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 18 radələrində bir il əvvəl tanış olduğu Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zaur adlı şəxs tərəfindən döyüldüyünü göstərməklə onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş və daxil olmuş HK-1-431 nömrəli ərizə və məlumat əsasında toplanmış material Kürdəmir rayon X10 bölməsinin təhqiqatçısı polis mayoru X2 icraatına verilmişdir. Təhqiqatçı bir neçə dəfə telefon vasitəsilə Şəxs izahat vermək üçün polis şöbəsinə dəvət etmiş, lakin Zaur deyilən vaxtda şöbəyə getmədiyi üçün polis əməkdaşları onu məcburi qaydada tutub şöbəyə aparmış, təhqiqatçıya izahat verəndən sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd edilən hərəkətlərində ictimai qaydanı pozan xırda xuliqanlıq, habelə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması kimi əlamətlər müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-311/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-311/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver