Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-312/2025 09.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Kürdəmir rayonu Atakişili kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Kürdəmir şəhəri 69-cu məhəllə ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokolları şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir şəhəri 69cu məhəllədə yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 18 radələrində bir il əvvəl tanış olduğu Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zaur adlı şəxs tərəfindən döyüldüyünü göstərməklə onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Atakişili kəndində yaşayan X1 şəhəri 69-cu məhəllədə yaşayan Zərərçəkmiş şəxs əli ilə vuraraq sağlamlığına zərərvurmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Odur ki, toplanmış materialda cinayət hadisəsi omadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Raport icra edilməsi üçün ona göndərilmiş və bundan sonra ondan izahat alınaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahatında Kürdəmir rayonunun Atakişili kəndində yaşadığını, Kürdəmir şəhər sakini Zərərçəkmiş şəxs bir ilə yaxındır ki, tanıdığını, Minə ilə şəxsi münasibətləri olduğunu, Minənin hazırda "Bol-Mart" marketdə işlədiyini, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Minə işdən çıxıb, "Bol-Mart" marketin arxasında kimisə gözlədiyindən Minə ilə rastlaşdığını Minədən kimi gözlədiyini və evə nəyə görə getmədiyini soruşduğunu, Minə onu təhqir etdiyindən o da əli ilə Minəni vurduğunu, Minənin bacısı gəldiyindən aralaşıb getdiyini bildirmişdir. Hazırda Minə ilə barışıb və ona qarşı heç bir şikayət və tələb yoxdur. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Ucar rayonu Bağban kənd sakini X5 ilə 2011-ci ildə ailə qurduğunu, həmin nigahdan iki oğlan uşaqlarının olduğunu, Dilsusla ailə qurduqdan sonra ailədə münasibətləri yaxşı olmadığından 2011-ci ildə məhkəmənin qərarı ilə ayrıldığını, Dilsusdan ayrıldqıdan sonra Kürdəmir şəhərinə atası evinə gəldiyini, halhazırda "Bol-Mart" marketdə firma işçisi kimi işlədiyini, Kürdəmir rayonu Atakişili kəndində yaşayan X9 ilə bir il əvvəl tanış olduğunu, Zaurla telefonla 5 ay danışdıqlarını, lakin görüşmədiklərini. Zaurun ailəli olduğundan Zaura zəng etməməsini və kənar qalmasını dediyini lakin Zaur ona zəng edərək onu narhat etdiyini, hər dəfə qarşını kəsərək "sənə imkan verməycəm ki, başqası ilə görüşəsən" dediyini, anası Gülnaz Zaurun anasına zəng edərək Zaurun kənar gəzməsini və onları narahat etməməsini dediyini, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində işdən çıxıb "Bol-Mart" marketin arxasında bacısı Aytacı gözlədiyini, həmin vaxt Zaur onun yanına gələrək ondan kimi gözlədiyini soruşduğunu, o da "sənə nə kimi gözləyirəm" dediyini. Zaur ona hədə-qorxu gələrək qolundan tutub yumruqla sifətimin sol tərəfindən vurduğunu, sonra çıxıb getdiyini, Zaur getdikdən sonra bacısa Aytac gəldiyini, Aytaca Zaurun onu döyməsi barədə dediyinini, evə getdikdən sonra Zaurun onu döyməsi barədə anası Gülnaza dediyini, anası Gülnazda ona 102 xidmətinə məlumat verməsini dediyindən DİN-nin 102 xidmətini yığaraq Zaurun onu döyməsi barədə məlumat verdiyini, Zaur onu döyən vaxtı yanlarında heç kimin olmadığını, Zaurun onu yumruqla vurduğunu kənardan görən və eşidən olmadığını bildirmişdir. Hazırda Şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. İşə əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X3 HK-1-431 nömrəli ərizə və məlumat əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 07 aprel 2025-ci il tarixli qərarından görünür ki, Kürdəmir şəhəri 69-cu məhəllədə yaşayan Zərərçəkmiş şəxs qızi xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 18 radələrində bir il əvvəl tanış olduğu Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zaur adlı şəxs tərəfindən döyüldüyünü göstərməklə onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, X9 barəsində Azərbaycan Respubılikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon PŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli 80 nömrəli rəyində göstərilmişdir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşkar olunan xəsarət-sağ gicgah nahiyəsinin qançırı, küt əşya təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-312/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-312/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver