Məhkəmə qərarları › İş №3(041)-314/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-314/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-314/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, yaşadığı Kürdəmir rayonu Mollakənd kəndində bacısı Zərərçəkmiş şəxs2 həyətində sərxoş halda dayısı oğlu X2 ilə mübahisə edib onu döymüş, nəticədə B.S.Əbilov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs X2 onun dayısı oğludur. xx.xx.2024-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Mollakənd kəndində Simral Abdurahmanov və Məlahət Əbilovla aralarında mübahisə düşdüyü üçün əsəbləşdiyindən onları əli ilə itələmişdir. Əməlindən peşmandır, hazırda dayısı oğlu Simralla barışıblar və ona qarşı heç bir şikayət və tələb yoxdur. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə bibisi qızı Mələhət Əbilovanın keçirtiyi şənlikdə iştirak etmək üçün Kürdəmir rayonu Mollakənd kəndinə getmişdir. Həmin gün şənlikdə iştirak edərkən bibisi oğlu Şəxsov sərxoş halda oraya gələrək əvvəl bacısı Mətanət Əbilova ilə sonra onunla mübahisə etmiş, mübahisə zamanı Şəxs onu əli ilə itələmişdir. Hazırda Şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, İbadətə haqqında olan inzibati xəta haqqında iş üzrə icraata verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın, zərərçəkmiş şəxs X1 izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar