Məhkəmə qərarları › İş №3(041)-316/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-316/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-316/2024 29.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir RPŞ-nin DPYB-nin inzibati Xətalar üzrə baş inspektoru X2 iştirakları ilə xx.xx.1965-ci ildə Kürdəmir rayon Qarasaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan- Şəxs barəsində Kürdəmir PRŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 14.30 radələrində Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində sürücülük hüququ və etibarnamə ilə sərxoş vəziyyətdə «FORD TRANSİT” markalı,**-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən idarəetməni itirərək yolun sağ kənar hissəsi ilə hərəkətdə olan “Chevrolet” markalı,**-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, oğlu X3 adına olan “Ford Transit” markalı,12-bx-926 dövlət qeydiyyat nişanlı avtomobili sahibinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 14.30 radələrində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində idarə edərək asfalt örtüklü yolda hərəkətdə olan zaman qarşıda yolun sağ kənar hissəsi ilə hərəkətdə olan “Chevrolet” markalı,**-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili ötən zaman ötmə əməliyyatını düzgün yerinə yetirməmiş və həmin nəqliyyat vasitəsinin qabaq sağ hissəsini vurub əzmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir mçəlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati materiala onun iştirtakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs Əzizova X1 RPŞ-də verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə sat 14.30 radələrində özünə məxsus “Chevrolet” markalı,**-MY-*** dövlət qeydiyyat nişanlı avtombili özü idarə edərək Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində asfalt örtüklü yolda hərəkətdə olan zaman arxadan gələn “Ford Transit” markalı,12 -BX-926 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “Cehrolet” markalı avtomobili ötən zaman avtomobilin sol hissəsinə vurub əzmişdir .Hadisə zamanı xəasrət alıan olmamı,ona maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin Tibbi müayinə aktında Şəxs yüngül dərəcəli sərxoş olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin” xx.xx.2024-cü il tarixli, 03 nömrəli aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Sehrolet Monza” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 600 manat maddi ziyan dəymişdir. İş materiallaırna əlavə edilmiş “Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, “Chevrolet Monza” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Zərərçəkmiş şəxs mülkiyyətindədir. Şəxs əməli özünün etirafı zərərçəkmiş şəxslərin izahatı və işə əlavə edilmiş sənədlərlə sübuta yetirildi ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını və onun ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən haları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar