Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-317/2023 30.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.25-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir şəhəri, Koroğlu küçəsi,ev 55A/7-də yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq 0,31 qram narkotik vasitə olan qrudulmuş marixuananı üzərində saxlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, narkotik vasitə olan qrudulmuş marixinadan istifadə edir. O, xx.xx.2023-cü il tarixdə əvvəldən tanıdığı Asim adlı şəxsdən 10 manat müqabilində almış və Asimdən aldığı qrudulmuş marixuananın bir hissəsini istifadə etmiş. Qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün cibində saxlamışdır. Həin günü Kürdəmir şəhəri Koroğlu küçəsi ilə gedərkən polis əməkdaşalrı onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli oduğunu bildirib onu Kürdəmir RPŞ-nə dəvət etmişlər. Kürdəmir RPŞ-nin inzibati binasında 2 nəfər hal şahidi və 1nəfər vəkilin iştirakı ilə üzərinə baxış keçirilərkən o, üzərində saxladığı 01 ədəd bükümdə olan qrudulmuş marixuanaı polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 18/359 nömrəli AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin X1 rəyində Şəxs üzərindən aşkar edilərək götürülmüş marixuananın təmiz çəkisinin 0,31 qram olduğu göstərilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış 0,31 qram narkotik vasitə olan qrudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlamışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000100 nömrəli inzibati qaydada tutma haqqında haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə,saat 23.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,29 qram qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-317/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-317/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver