Məhkəmə qərarları › İş №3(041)-317/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-317/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-317/2025 10.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonu, Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Hüseynov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-519/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-296/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəydirilmiş, xx.xx.2023-cü il tarixli, 2(041)-519/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün qətnamə qüvvəyə mindiyi gündən başlayaraq, hər ay her uşağa sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. Hazırda borclunun tələbkara olan borcu 3370 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokol tərtib olunub məhkəmənin icraatına daxil olduqdan sonra Şəxs borcunun bir hissəsini ödəmiş, bu barədə qəbzi icra şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(041)- 519/2023 saylı icra vərəqəsinə əsasən ondan hər ay 300 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hər dəfə karta ödəniş etmişdir. Daha sonra yenidən ödəniş etmiş, lakin karta göndərdiyi pul ona geri qayıtmışdır. Dəfələrlə tələbkarın dayısına müraciət etmiş heç bir kart nömrəsi ona göndərilməmişdir. Sadəcə o, son 3 ayı ödəniş edə bilməmişdir. İnzibati xəta haqqında protokol tərtib olunduqdan sonra öyrənmişdir ki, poçt vasitəsi ilə ödəniş etmək mümkündür. Bundan sonra o, poçt vasitəsi ilə 700 manat icra etmiş və çeki icra məmuruna təqdim etmişdir. Həmçinin icra məmurunun bütün çağırışlarına gəlmiş, icra sənədinin icrasından yayınmamışdır. Hər ay mütamadi olaraq ödəniş edəcəkdir. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-519/2023 saylı icra sənədindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat, cəmi 300 manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-519/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, 2(041)-519/2023 saylı icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir; Ödəniş qəbzlərindən görünür ki, aliment borcunun ödənilməsi üçün borclu tərəfindən xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və xx.xx.2024-cü il tarixdə isə 350 manat ödənişlər etmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə protokol üzrə qalan borcundan 700 (yeddi yüz) manatı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 2(041)-519/2023 saylı icra sənədi üzrə yığılmış 3370 (üç min üç yüz yetmiş) manat borcdan 700 (yeddi yüz) manat Şəxs tərəfindən ödənilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar