Məhkəmə qərarları › İş №3(041)-318/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-318/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-318/2025 11.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Sığırlı ərazi dairəsi, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx), Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bəşirov X6 rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(041)-268/2018 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında icra məmuru X3 inzibati xəta haqqında protokolu əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(041)-268/2018 saylı icra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu X5 bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Razi Bəşirov barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahat verərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-268/2018 nömrəli icra sənədi tələbkarın təqsiri ucbatından icra edilməmişdir. Əşyaları geri qaytarmaqdan boyun qaçırmır. Əşyalar tələbkara təqdim olunsa da, tələbkar onları qəbul etməkdən imtina etmişdir. O, əşyaları tələbkara təqdim etsə də tələbkar həmin əşyaları qəbul etməməklə məqsədi ondan pul almaqdır. O, Bakıda olan evini nikahlarına xitam verildikdən sonra tələbkara bağışlayaraq evdən çıxmışdır. Bundan əlavə indiyədək onun tələbkara ödənilməmiş qalan aliment borcu yoxdur. Tələbkar 2003-cü ildə onunla evlənərkən gətirdiyi cehiz əşyaların indiyədək işlənməmiş şəkildə qalması mümkün olmadığından, onların köhnəlməsi təbii proses olduğundan onların tələbkar tərəfindən qəbul edilməməsi, həmin əşyalar faktiki mövcud olduğu halda əvəzində əşyaların dəyərinin ondan tələb edilməsini qəbul etmir. Hesab edir ki, tələbkar ondan başqa üsulla pul ala bilmədiyindən əşyaları qəbul etməməklə əslində ondan pul almaq istəyir. Tələbkar özü bilərəkdən ondan əşyaları qəbul etmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2003-cü ildə borclu X8 ilə evlənmiş, 2016-cı ildən ayrılmışlar. Atası evindən apardığı cehizlərinin bir qismini götürsə də, bir qismi orada qalmışdır. Həyətdə olan əşyalar Razi Baxşiyevin qardaşının arvadına məxsus olan əşyalardır. Əşyalar ona təqdim edilərkən onlar həyətdə baxımsız vəziyyətdə olmuşdur. Həmin əşyalar ona məxsus olmadığından onları götürməkdən imtina etmişdir. Öz aşyaları olmadığından, həmin əşyaların dəyərinin borclu Razi Bəşirovdan alınaraq ona ödənilməsinin xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir Rayon Məhkəməsinin 03 aprel 2018-cu il tarixli, 2(041)-268/2018 saylı icra vərəqindən görünür ki, borclu Kürdəmir rayonu Sığırlı kəndində yaşayan X4 yaşadığları evdə qalan tələbkar Zərərçəkmiş şəxs məxsus cehiz əşyaları tələbkara qaytarılmalı, həmin əşyalar olmadıqda isə pulla dəyəri borcludan alınaraq tələbka Zərərçəkmiş şəxs verilməlidir. - Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin 16 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu X10 barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “əmlakın götürülməsi barədə” aktdan görünür ki, icra sənədi üzrə tələbkara verilməli əşların bir hissəsi: 5 dəst yorğan-döşək (600 manat), 5 ədəd balış (50 manat), 5 ədəd döşəkçə (25 manat), 1 ədəd böyük ədyal (80 manat), 2 ədəd ədyal (80 manat),1 dəst gəlincik yataq örtüyü (100 manat), 1 dəst divan kreslo örtüyü (150 manat), 5 dəst tək yataq pasteli (20 manat), 5 ədəd mərhəba (25 manat), 5 ədəd can dəsmalı (15 manat), 5 ədəd çiyin dəsmalı (30 manat), 20 ədəd çay stəkanı (60 manat), 20 ədəd nəlbəki (60 manat), 20 ədəd dördkünc boşqab (50 manat), 20 ədəd boşqab (60 manat), 1 ədəd nahar dəsti (250 manat),1 ədəd kofe dəsti (100 manat), xurustal stəkan dəsti, çamadan qaşıq dəsti (150 manat), 2 ədəd böyük vaz xrustal (120 manat), 6 ədəd xrustal qənd qabı (50 manat), 2 ədəd böyük xrustal qənd qabı (30 manat), 4 ədəd böyük xrustal külqabı (40 manat), 2 ədəd balaca xrustal külqabı (10 manat), 1ədəd xrustal güldan (40 manat), 2 ədəd böyük bağlama güldan (80 manat), 1 ədəd elektrik samavar (70 manat), 1ədəd tefal çaydan (50 manat), 2 ədəd tefal qazan dəsti (100 manat), 2 ədəd çuğun qazan dəsti (50 manat), 2 ədəd alümenium qazan dəsti (50 manat), 2 ədəd ləyən nikeli (20 manat), 2 ədəd çuqun ləyən (20 manat), 2 ədəd çuqun vedrə (30 manat), 2 ədəd dəmir vedrə (20 manat), 1 ədəd kauçuk vedrə (3 manat), 1 ədəd təkgöz plitka (40 manat), 1 ədəd maşınka (50 manat), 1 ədəd soyuducu “Beko” (500 manat), 1 ədəd krosna (150 manat), 1 ədəd televizor (400 manat), 1 ədəd video (100 manat), 1 ədəd 5x4 kəşmir xalça (500 manat), 1 ədəd 3x2 kəşmir xalça (300 manat), 1 ədəd 7 metrlik xalça (400 manat), 1 ədəd 6 metrlik darojka (150 manat), 1 ədəd krovat (200 manat), 1 ədəd sandıq (100 manat), 1 ədəd xrustal lüstur (300 manat), 1 ədəd stol; aşağıda göstərilən əmlaklar isə ümumiyyətlə borcluda aşkar olunmadı- 5 dəst taxt üçün pastel (30 manat), 1 ədəd çay dəsti (250 manat), 1 ədəd evrolux soba (100 manat); Aşağıda göstərilənlər isə borcluda aşkar olunsa da tələbkar onların bir qisminin dəyişdirildiyini, bir qisminin ümumiyyətlə ona adiyyəti olmadığını bildirmişdir. Onların adları: 2 ədəd kauçuq ləyən (15 manat), 1 ədəd qaz peçi (300 manat), 1 ədəd paltayuyan (550 manat), 1 ədəd divar mebel dəsti (1800 manat), 6 ədəd stul, 1 ədəd jurnal stolu (150 manat), 1 ədəd televizor altdığı (150), 1 ədəd taxt yanında 2 tumba (200 manat), 1 ədəd termo (250 manat), ayaqqabı şkafı (100 manat), asılqan (50 manat) borcludan alınaraq tələbkara verilmişdir. - xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra sənədi üzrə tələbkara verilməli olan əşyaların- 1 ədəd söykənəcəyi tünd qırmızı olan taxt , 2 ədəd qəhvəyi rəngliüst hissəsi sarı naxışlı tumba (200), 1 ədəd tünd zoğal rəngli asılqan (50), 4 ədəd oturacaq hissəsi qırmızı parça işləməli oturacaq stul, 1 ədəd ağ rəngli paltaryuyan (550), 1 ədəd qaz peçi (300), 1 ədəd televizor altığı (150), divar mebel aləti (1800), 1 ədəd jurnal stolu (150) 1 ədəd termo, 2 ədəd kauçuq vanna (16)- qalan hissəsinin götürülməsi tələbkara təklif edilsə də həmin əşyaların ona məxsus olmadığını bildirərək götürməkdən imtina etmişdir. Qaytarılmalı olan cehiz əşyaların fotoşəkilləri işə əlavə edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X4 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, tələbkar icra sənədi üzrə ona verilməli əşyaların ona məxsus olmadığını bildirərək qəbul etməkdən imtina etsə də həmin əşyların ona məxsus olmadığını təsdiq və ya təkzib edən heç bir sübut işə əlavə edilməmişdir. Tələbkar məhkəmə iclasında onun qəbul etməkdən imtina etdiyi əşyaların baxımsız şəkildə, ağacların içinə atıldığını bildirsə də məhkəməyə təqdim edilmiş əşyaların fotoşəkillərində həmin əşyaların salamatlığı təmin edilməklə qapalı yerdə saxlanıldığı görünür. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında isə Kürdəmir Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(041)-268/2018 saylı icra sənədi üzrə X4 icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(001)-268/2018 saylı icra sənədində nəzərdə tutulan əşyaların əksər hissəsi qaytarılmış, qalan əşyalar isə tələbkara təqdim edilsə də, tələbkar həmin əşyaları yuxarıda qeyd edilən səbəblərə görə qəbul etməkdən imtina etmişdir. X1 icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə iclasında işin araşdırılmış hallarından müəyyən edilməmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə X4 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, X4 hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar