Məhkəmə qərarları › İş №3(041)-319/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-319/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-319/2025 17.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-488/2019 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğumuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-199/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və qətnamə qanunu qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli 2(041)-2259/2021 nömrəli icra vərəqəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)- 488/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək borclu Şəxs hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2024-ci il tarixli, 2(041)-1449/2024 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2010-cu il tarixdə doğulmuş X2 və xx.xx.2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Kürdəmir Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-2259/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qüvvəyə mindiyi gündən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. Hazırda borclunun tələbkara olan borcu 13400 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokol tərtib olunub məhkəmənin icraatına daxil olduqdan sonra Şəxs borcunun bir hissəsini ödəmiş, bu barədə qəbzi icra şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 1449/2024 saylı icra vərəqəsinə əsasən ondan hər ay 2 uşağın yetinlik yaşınadək saxlanmaları üçün cəmi 400 manat alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Sonradan o, ikinci dəfə evlənmişdir. Həmin nikahdan isə 2 övladı daha vardır. Yaranmış borcunu maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. İcra sənədi üzrə yaranmış borcu tam şəkildə ödəməyə imkanı yoxdur, indi də borcundan 500 manat icra etmişdir. Bu barədə icra məmurunun da məlumatı var. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs verilmiş suallara cavabında həmçinin bildirdi ki, o, Rusiya Federasiyasında kafedə kababçı işləmiş, anasınını xəstəliyi ilə əlaqədar olaraq Azərbaycana gəlmiş, lakin o gəlib çatana kimi anası vəfat etmişdir. Anasının dəfn mərasimində iştirak edə bilməmiş, barəsində axtarış olmasından da xəbəri olmamışdır. Barəsində axtarış olduğundan onu tutub məhkəməyə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-488/2019 saylı icra sənədindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)- 199/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir; İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-488/2019 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2259/2021 saylı icra sənədindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 488/2019 saylı qətanməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirlmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir; İcraata başlama haqqında xx.xx.2021-cİ il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-cİ il tarixli, 2(041)-2259/2021 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1449/2024 saylı icra sənədindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 2259/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 200 manat, cəmi 400 manat miqdarda alimentin tutularaq iddiaçi Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx-2024-cü il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1449/2024 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetiməmiş, icra məmurunun müəyyən etdiyi vaxt ərzində üzrsüz səbəbdən icra sənədi üzrə yaranmış 13400 manat borcunu icra etməmişdir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən protokol üzrə qalan borcun 500 (beş yüz) manatı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 2(041)-1449/2024 saylı icra sənədi üzrə yığılmış 13400 (on üç min dörd yüz) manat borcdan 500 (beş yüz) manat Şəxs tərəfindən ödənilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar