Məhkəmə qərarları › İş №3(041)-32/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-32/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-32/2025 14.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, xx.xx.1984-cü il tarixdə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta İxtisas təhsilli, evli, FHN-nin XRXX-də mütəxəssis mühafizəçi işləyən,Tər-Tər şəhəri, Cavanşir küçəsi,ev 64 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhəri, Ərəş küçəsi, ev 2, m 17-də yaşayan, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: X3 12 noyabr 2024-cü il tarixdə saat 18.45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Kürəmir rayonu, Muğanlı kəndi ərazisindən keçən 180-ci km-də idarə etdiyi “Toyota Carolla” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən araməsafəsi yol hərəkət qaydasını pozaraq qarşıda eyni istiqamətdə eyni zolaqda düzünə hərəkətədə olan Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mersedes Benz E 200 CD” markalı, **-LD-*** dövlət qediyyat nişanlı minik avtomobili ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Carolla” markalı avtomobildə olan sərnişin, Ağcəbədi rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatda olan, xx.xx.1990-cı təvəllüdlü Zərərçəkmiş şəxs1 Lənkəran qızının sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. X2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respubliaks DİNnin Baş İstintaq və Təhqiqat İdarəsinin X5 işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X7 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraat aidiyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ifadəsində göstərdi ki, 12 noyabr 2024-cü il tarixdə saat 18.45 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu Muğanlı kəndi ərazisindən keçən 180-ci kmdə idarə etdiyi “Toyota Carolla” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı istiqamətində hərəkətdə olarkən qarşıda avtomobil qəzası baş vermiş, yolda hərəkətdə olan avtomobillər də dayanaraq həmin qəzaya baxmışlar. Həmin vaxtı yolda hərəkət sürəti 90 km saat müəyyən edilsə də ondan qarşıda hərəkətdə olan avtomobil asta sürətlə hərəkətdə olmuşdur. Bu vaxt ondan qarşıda olan avtomobillə toqquşmuş və onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 qolu pəncərəyə dəyərək zədələnmişdir. O,dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 Lənkəran qızı göstərdi ki, o, Bakı şəhərində sağlamlıq Mərkəzində işləyir. xx.xx.2024-cü il tarixdə tanşı Elşın Allahverdiyevin idarə etdiyi “Toyota Carolla” markalı avtomobildə qabaq oturacaqda sərnişin kimi əyləşmiş və Bakı şəhəri istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxtı Elşən avtomobili sürətlə idarə etməmiş, hadisə zamanı qolu avtomobilin şüşəsinə dəyərək yüngül zədə almışdır. X8rşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırma növündə inzibati məsuliyyət müəyyən edilmişdir. Materialda olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya” Birliyinin Kürdəmir rayon şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 532 saylı ekspert rəyinə əsasən, X4 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ əlin əziyi və İV-V barmaqlararası nahiyənin yarasının küt əşyanın təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx.xx.202024-cü il tarixli avtomobil qəzası- nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən sol budun yuxarı üçdə birinin geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 364 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X3 hadisə baş verən gün sərxoş olmamışdır. 203563 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X1 hüququ vardır və xx.xx.2031-ci ilədək etibarlıdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməli İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi tədqiq olunmuş sübutlarla tam sübuta yetir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini və işin digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təıqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Tər-Tər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar