Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-320/2025 24.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, evli, ali təhsilli, Kürdəmir rayonu, Kürdəmir bələdiyyəsinin sədri, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir şəhəri, X3 küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşayan Nümayəndə barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kürdəmir rayonu, Kürdəmir bələdiyyəsinin sədri Nümayəndə bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN1531663 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayonu, Kürdəmir bələdiyyəsinin sədri Nümayəndə xx.xx.2025-ci il tarixli 03 saylı iclas protokolunu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə təqdim etməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətləri pozduğu üçün Nümayəndə barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin rəisi X5 tərəfindən Azərbaycan Respubikası İXM-nın 549.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN1531663 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, uzun müddətdir ki, Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsində sədr müavini vəzifəsində işləyir. Hər ay vaxtlı-vaxtında bələdiyyə daxilində keçirilən iclasların protokolunu Göyçay Regional Ədliyyə İdarəsinə göndərmişlər. Əvvəllər qanunda nəzərdə tutulurdu ki, inzibati akt tərtib olunduğu gündən 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməlidir. Qanunda dəyişiklik olmuş, xəbardar olmamışlar və bununla bağlı da tövsiyyə məktubu onlara göndərilməmişdir. Ona görə də, iclas protokolunu 5 iş günü nəzərdə tutub göndərmişlər və bu da gecikmə kimi qeydə alınmışdır. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə göndərilmiş məktubda idarənin icraatında işlərin çoxluğu ilə əlaqədar məhkəmə baxışının onların iştirakları olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə işə Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin sədri Nümayəndə inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə – vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN1531663 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin sədri Nümayəndə xx.xx.2025-ci il tarixli 03 saylı iclas protokolunu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə təqdim etməmiş və Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar, yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar, yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar, bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar, bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar, qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-320/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-320/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver