Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-321/2023 30.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş, Kürdəmir rayon polis şöbəsinin X2, polis sahə rəisi, X1 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi göstərilir. Məhkəmədə izahat verən Şəxs göstərdi ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə kənddə olarkən polis əməkdşları ona yaxınlaşaraq barəsində olan şikayətlə bağlı izahatı alınması üçün onlarla birlikdə Kürdəmir RPŞ-nə tələb etmiş, o, da heç bir söz demədən onların avtomobilinə əyləşərək Kürdəmir RPŞ-nə gəlmişdir. Polis şöbəsinəd izahatı alınandan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilb məhkəməyə gətirilmişdir. O, polis işçisinə tabesizlik göstərməmiş və onların qanuni tələblərini pozmamışdır. Məhkəmədə izahat verən protokolu tərtib edən Kürdəmir rayon Polis şöbəsinin X2 polis sahə rəisi, X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonun Ərəbqubalı kəndində yaşayan X5 DİN-nin 102 xidmət mərkəzinə zəng edərək arvadı Familə Abışovanın qardaşı Şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirmiş və onlar da Şəxs zəng edərək şikayətlə bağklı ondan Kürdəmir RPŞ-nə gəlməsi tələb olunmuşdur. Hafs Kərimov hər dəfə müxtəlif bəhanələrlə polis şöbəsinə gəlmək istəməmişdir. Buna görə də xx.xx.2023cü il tarixdə o, Ərəbqubalı kəndinə getmiş və Hafizlə küçədə raslaşmış və ondan barəsində olan şikayətlə bağlı Kürdəmir RPŞ-nə getməsini xahiş etmiş, Hafiz onunla mübahisə etsə də ona hüquqları izah olunmuşdur.Həmin vaxtı küçədə heç kim olmamışdır. Məhkəmə inzibati icraat iştirakçılarının izahatlarıını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından, barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs ounun, habelə inzibati protokolu tərtib edən şəxs X1 izahatlarından Şəxs hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulan inzibati xəta təkibi olduğu müəyyən olunmur. Belə ki, polis əməkdaşları barəsində olan şikayətlə bağlı izahatı alınması üçün onlarla birlikdə polis şöbəsinə getməsini xahiş etmiş, o, da heç bir söz demədəm və ya heç bir tabesizlik göstərmədən könülü olaraq polis əməkdaşalrı ilə birlikdə Kürdəmir RPŞ-nə gəlmişdir. Məhkəmə hesab edir ki, belə olan halda Şəxs hazırda xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi müəyyən olunmur və onun əməlində inzibati xəta tərkibi olmadığı görünür. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərililənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-321/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-321/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver