Məhkəmə qərarları › İş №3(041)-323/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-323/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-323/2023 30.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və İnzibati xəta haqqında protokolu tərtib edən, Kürdəmir rayon polis şöbəsinin X2, polis sahə rəisi, X3 və zərərçəkmiş şəxs X1 iştirakları ilə Şəxs barəsində Kürdəmir rayon polis şöbəsi tərəfindən Kürdəmir rayon məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə olan inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta materiallarında Kürdəmir şəhəri,C.Seyidov küçəsi,43-də yaşayan Şəxs xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talaması göstərilmiş və onun inzibati məsuliyyət cəlb edilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasında protokolu tərtib edən Kürdəmir rayon Polis şöbəsinin X2 polis sahə rəisi, X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixə keçən gecə Kürdəmir rayonu Yenikənd kəndində yaşayan X4 DİN-nin 102 xidmət mərkəzinə zəng edərək yaşadlqları evdən evin istilik sistemi cihazının oğurlanmasını bildirmişdir.Araşdırma zamanı həmin oğurluq hadisəsini Şəxs törətdiyi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, onun həmin oğurluq hadisəsində məlumatı yoxdur. O, törətdiyi oğurluq hadisəsini polis şöbəsində etiraf etmişdir. Lakin hazırki oğurluq hadisəsindən məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, evin istilik sisteminin qiyməti 2000 (iki min) manat təşkil etsə də polis əməkdaşları həmin istilik sistemini 100 manat qiymətləndirmişdir. Məhkəmə prosess iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, materiallar natamam olduğu üçün, protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Şəxs xırda talama, yəni özgə əmlakını oğurlamala talamasını və inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi göstərilsə də maddi ziyanın məbləği və oğurluq hadisninin məhz onun tərəfindən tərədilməsini sübut edən faktlar göstərilməmiş, bundan başqa ziyanının müəyyən edilməsi barədə mütəxəssis rəyi alınmamış, ümumiyyətlə ziyanın hansı qaydada hesablanması göstərilməmiş, bundan əlavə inzibati xəta haqqında prptokola inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.10-cu maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənim 100.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Kürdəmir rayon polis şöbəsi tərəfindən tərtib olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və materiallar natamam olduğu üçün Kürdəmir rayon polis şöbəsinə geri qaytarılsın. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar