Məhkəmə qərarları › İş №3(041)-323/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-323/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-323/2024 01.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan- Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cümaddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 20.30 radələrində Kürdəmir şəhəri,Aran qəsəbəsində sürüülük hüququ olmadan baş etibarnaçə əsasında idarə etdiyi «VAZ 2106” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilİ ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs yaşadığı evin həyət çəpərini vurub aşrdaraq zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Məhkəmə iclasında izahat verən inzibati xəta törədən Şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə,saat təxminən 20 radələrində baş etibarnamə əsasında xx.xx.2020-ci il tarixdə saat təxminən 17.50 radələrində sərxoş vəziyyətdə qardaşına məxsus idarə etdiyi «VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yüksək sürətlə idarə etmiş və adını sonradan bildiyi Zərərçəkmiş şəxs həyət çəərinə dəyərəş aşırıb ona maddi ziyan vurmuşdur. Özü heç bir yerdə işləmir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Əməlindən peşmandır, odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs göstərdi ki, o,ailəsi ilə birlikdə Kürdəmir şəhəri,Aran qəsəbəsi,ev 4,mnzil 12-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü iltarixdə saat təxminən 23.30 radələrində evdə olarkən evin arxa tərəfindən səs eşitmiş və küçəyə çıxanda “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yaşadığı binanın arxsındakı və ona aid 3 ədəd şiferlə və onlara bağlı olan dəmir dayaqlara dəyərək çəpri aşırdığını görmüşdür. Hadisə nəticəsində xəsarət alan olmasa da ona maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ DYPB-nin iİnzibati Xətalar üzrə baş nspektoru vəzifəsində işləyən İmanov NamiqAğamalı oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23.30 radələrində Kürdəmir şəhəri, Aran qəsəbəsindəmaddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş verdiyi barədə məlumat daxil olmuş və o, hadisə yerinə getmişdir. O,hadisə yerinə gedəndə yol nəqliyyat hadisəsi törədən şəxs orada olmamış və hadisəni törətdikdən sonra qaçıb getdiyi məlum olmuşdur. O,da xidməti vəzifəsinə görə hadisə yerindən qaçan sürücünü tapmış və hadisənin Şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Həmin vaxt hadisəni törədən Şəxs sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 66 saylı sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinə protokolunda göstərilir ki, Şəxs hadisə baş verən gün orta dərəcəli sərxoş olmuşdur. Şəxs əməli özünün səmimi etirafı,zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir ki, o, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək başqa avtomobillə toqquşmuş və zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi,hadisəni törətdikdən sonra isə hadisə yerindən qaçmasını isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edirə. Göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrinə əsasən məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəs iilə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin.Həbsetmənin əvvəli 01 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər . Hakim : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar