Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-325/2023 30.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.40-da Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1987-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Kürdəmir şəhəri,C.Seyidov küçəsi,ev 43-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs zərərçəkmiş şəxs X4 məxsus yaşayış evinin həyətindən qab-qacağı gizli yolla oğurlayaraq zərərçəkmiş şəxsə 50 manat maddi ziyan vurmuşdur. X2 şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, Zabikəni tanımamışdır. Zabikənin yaşadığı kənddə bibisi yaşayır və o, bibisi gilə gedəndə evin boş olmasını görüb axşam saatı təxminən 11 radələrində həyətə girmiş və həyətə yığılmış qabları 2 dəfə olmaqla oğurlayıb sataraq öz ehtiaclarına xəcləmişdir. O, dəymiş ziyanı qaytarmamış və zərərçəkmiş şəxslə barışmamışdır. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, onun Dəyirmanlı kəndində fərdi yaşayış evi vardır. xx.xx.2023-cü il tarixdə o, evə gəlmiş və evin zirzəmisinə yığdığı qabların yerində olmadığını görüb dərhal DİN-nin 102 xidmət mərkəzinə zəng vurmuşdur. Oğurluq edən şəxsin kimliyini bilməmişdir. Polis şöbəsindən onu çağıranda oğurluq edən şəxsin Şəxs olduğunu bilmişdir. Şəxs bibisi onlarla qonşuluqda yaşayır. Amil ona 50 manat maddi ziyan vurmuş və ziyanı ödəməmişdir. Onlar barışmamışlar. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, X3 məxsus qabları oğurlamaqla ona 50 manat maddi ziyan vurmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlində məsiliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məhkəmədə mülki iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-325/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-325/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver