Məhkəmə qərarları › İş №3(041)-326/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-326/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-326/2023 31.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və protokolu tərtib edən Kürdəmir rayon İcra və Probasiya şöbəsiin icra məmuru,X1 iştirakı ilə Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən Kürdəmir rayon məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsilə olan inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta materiallarında Kürdəmir rayonu Çöhranlı kəndində yaşayan oğlunun inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi göstərilmiş və onun inzibati məsuliyyət cəlb edilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasında protokolu tərtib edən Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimini pozduğu üçün AR İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarili,3(041)-1303/2021 saylı qərarı ilə 4200 manat məbləğdə cərimə olunmuş, qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcrata başlaılaraq Şəxs könüllü icra üçün vaxt verilsə də qanunla müəyyən edilmiş 25 gün müddətində məhkəmənin qərarını icra etməmişdir.Ona görə də onun barəsində AR İXMnin 529.2-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, tətrib edilmiş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir.Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərdi ki, 13.2021-ci il tarixdə o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4200 manat məbləğdə inzibati qaydada cərimə olunmuşdur. Hazırda işləmir və onun həmin cəriməni ödəməyə maddi ikanı yoxdur. Onun avtomobili və torpaq sahəsi də vardır. Məhkəmə prosess iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edirə ki, materiallar natamam olduğu üçün, protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Şəxs qanuni əsaslar olmadan qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyi göstərilsə də həmin qanuni əsaslar göstərilməmiş və qərarın icra olunması istiqamətində icra məmuru icra tədbirləri həyata keçirməmiş onun hər hansı əmlakının olub-olmaması aydınlaşdırılmamış, bundan əlavə inzibati xəta haqqında prptokola inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.10-cu maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənim 100.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və materiallar natamam olduğu üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar