Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-327/2024 02.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Füzuli küçəsi 22-də yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xələfov X3 rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(041)- 1523/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.N.Şəldiyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(041)-1523/2022 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay hər uşağa görə 130 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkara olan borcunu ödəməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi icra etməkdən yayınmış və nəticədə bu günkü günə 2650 manat aliment borcu yaranmışdır. Tələbkarın şikayətləri əsasında borclu onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində axtarış elan edilmiş və bundan sonra polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. Bundan sonra borcludan izahat alınmış, borcunu tam şəkildə ödəməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var, səhəti ilə bağlı işləyə bilmədiyinə görə aliment borcu yaranmışdır. Bundan əvvəl hazırkı icra sənədini icra etmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmiş və məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Hazırda tələbkara olan aliment borcu 2650 manat təşkil edir, bundan sonra borcunu ödəmək üçün tədbirlər görəcək. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1523/2022 saylı qərarndan görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022cı il tarixli, 2(041)-1523/2022 saylı icra sənədini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(041)-1523/2022 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay hər uşağa görə 130 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədini icra etməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi icra etməkdən yayınmış və nəticədə bu günkü günə 2650 manat aliment borcu yarandığından onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-327/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-327/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver