Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-327/2025 28.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon Statistika idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, ‘‘Expert Agro Services’’ MMC barəsində Kürdəmir rayon Statistika idarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon Statistika idarəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ‘‘Expert Agro Services’’ MMC tərəfindən 2024-cü il üçün təqdim edilməli olan 1-əmək hesabatının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olsa da, müvafiq hesabat təqdim edilməmiş, nəticədə ‘‘Expert Agro Services’’ MMC tərəfindən Azərbaycan Respubikası İXM-nın 389-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ‘‘Expert Agro Services’’ MMC-nin ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ‘‘Expert Agro Services’’ MMC-nin nümayəndəsinin gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında iştirak edən Kürdəmir rayon Statistika idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, Expert Agro Services MMC-yə daha əvvəl təqdim olunmalı hesabatlar, onların son təqdim olunma tarixləri haqqında məlumatlar təqdim olunmuş, habelə Dövlət Statistika Komitəsinin rəsmi saytında hər bir hüquqi şəxs “Təqdim olunmalı hesabatlar” bölməsinə daxil olmaqla bu cür məlumatlarla tanış olur və hesabatları oradan təqdim edir. 2024-cü il üçün sözügedən müəssisə tərəfindən 1-əmək (il ərzində işləmiş işçilərin orta sayı, əməkhaqqı fondu, hərəkətliliyi, işçilərin işləmə saatı, oktyabr ayı üzrə əməkhaqı aralığı üzrə bölgüsü, məzuniyyət, sosial və digər ödəmələr, peşə hazırlığı və s. məlumatlara dair) hesabatının son təqdim edilmə (2025-ci ilin mart ayının-15i) vaxtı bitmişdir. Hesabatın son təqdim edilmə tarixinə qədər müəssisəyə dəfələrlə müvafiq hesabatın təqdim eidlməsi ilə bağlı məlumat verilsə də, Expert Agro Services MMC sözü gedən hesabatı təqdim etməmişdir. Expert Agro Services MMC əksər hallarda statistik hesabat intizamına biganə yanaşmış, hər hesabat üçün məlumat verdikdən sonra təqdim edilmiş, bir çox hallarda təhrifə yol vermiş, dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Müəssisə tərəfindən vaxtaşırı yol verilmiş səhvlərə dair mümkün köməklik göstərilmişdir. Müəssisə tərəfindən əvvəlki dövrlərdə də yol verilmiş nöqsanların təhlil edilməsi, hesabat intizamının gücləndirilməsi, profilaktik tədbirlərin aparılması və metroloji təlimatların verilməsi məqsədilə dəfələrlə məlumat verilmişdir. Lakin tələb olunan məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyi üçün ‘‘Expert Agro Services’’ MMC-nin barəsində Azərbaycan Respubikası İXM-nın 389-cu maddəsi ilə Kürdəmir rayon Statistika idarəsinin rəisi Aqşin Balayev tərəfindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon Statistika idarəsinin 3-34-58/2- 55/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ‘‘Expert Agro Services’’ MMC-nin 2024-cü il üçün təqdim edilməli olan 1-əmək rəsmi statistik hesabat formasının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olsa da, müvafiq hesabat təqdim edilmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu izah olunmuşdur. İş materiallarında olan, Kürdəmir rayon Statistika idarəsinin rəisi X3 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ‘‘Expert Agro Services’’ MMC-nin 2024-cü il üçün təqdim edilməli olan 1-əmək rəsmi statistik hesabat formasının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olsa da, müvafiq hesabat təqdim edilmədiyi üçün ‘‘Expert Agro Services’’ MMC Azərbaycan Respubikası İXM-nın 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. ‘‘Expert Agro Services’’ MMC barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: ‘‘Expert Agro Services’’ MMC (Kürdəmir rayonu Xırdapay kəndi) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində üç yüz manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-327/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-327/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver