Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-328/2024 03.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı inzibati cəriməni ödəməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru İ.S.Əliyev izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs könüllü icra üçün müəyyən olunmuş vaxta tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Bütün icra tədbirlərinə baxmayaraq borclu 3000 manat cəriməni ödəməmişdir. İ.S.Əliyev tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 3000 manat cərimə edilmişdir və bu günə kimi cəriməni ödəyə bilməmişdir, hazırda da ödəməyə imkanı yoxdur. Şəxs izahatının sonunda barəsində ədalərli qərar qəbul edilməsini xahiş etdi. Proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini alandan sonra icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2022-ci il tarixdə borclu Şəxs imza etdirməklə şəxsən təqdim edilmişdir. İcra məmuru tərəfindən zəruri hesab edilən icra tədbirləri həyata keçirilməsinə baxmayaraq inzibati cərimə ödənilmədiyindən, icra məmuru icraata başlamaq haqqında qərardan 2 il sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə təqdim etmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə müvafiq inzibati tənbeh tədbirinin (ictimai işlərin) tətbiq edilməsi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinin tələbinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.9-cu maddəsinə müvafiq olaraq, fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2023-cü il tarixli Qərarında məhkəmə qeyd edir ki, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Bununla da, şəxsi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığından, onun barəsində əvvəlki (cərimə növündə) inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədiyinə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməli, Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı üzrə məcburi icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 115, 128-130 və 529.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A RA A L D İ: Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədiyinə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilsin. Kürdəmir rayon Məhkəməsinin 3(041)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı üzrə məcburi icra tədbirləri davam etdirilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-328/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-328/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver