Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-329/2025 28.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu Muradxan Ə/D Sor-sor kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP7046739 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində özünə məxsus malqaranı yolda nəzarətsiz qoyması səbəbindən Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və hal hazırda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi N.Kəsəmənli küçəsi ev 36 da qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Ağsu- Kürdəmir-İmişli yolunun 46 kilometrlyində idarə etdiyi "Mersedes Benz 815" markalı ** RB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə üzü Kürdəmir rayonu Atakişili kəndi istiqamətinə hərəkətdə olan zaman 1 baş iribuynuzlu inək heyvanını vuraraq, avtomobilə 1000 manat maddi ziyan dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 338.4-ci maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İşdə olan, cinayət işi başlamasının rədd edilməsi haqqında Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və hal hazırda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi N.Kəsəmənli küçəsi ev 36 da qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 mərkəzi zang xidmətinə müraciət edərək, elə həmin günü saat 08 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 46 kilometrlyində idarə etdiyi "Mersedes Benz 815" markalı ** RB *** d.n.nlı yük avtomobili ilə üzü Kürdəmir rayonu Atakişili kəndi istiqamətinə hərəkətdə olan zaman 1 baş iribuynuzlu inak heyvanını vurması və yol nəqliyyat hadisəsi törətməsini bildirmişdir. Hadisə yerinin baxışı aparılarkən müəyyən edilmişdir ki, hadisə yeri Ağsu-Kürdəmir-İmişli yolunun 46 kilometrliyində Kürdəmir rayonu Sor Sor kəndi ərazisində üzü Kürdəmir rayonu Atakişili kəndi istiqamətində baş vermişdir. Yol asfalt-beton örtüklü olmaqla düz və qurudur. Yolun YNH-i baş vermiş hissəsinin eni 4.10 metrdir. "Mersedes Benz 815" markalı ** RB *** d.n.nlı yük avtomobili üzü Kürdəmir rayonu Atakişili kəndi istiqamətində Sor Sor kəndinin girişindən yola çıxmış iribuynuzlu inək heyvanına dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında özünəməxsus olan "Mersedes Benz 815 yük" markalı ağ rəngli ** RB *** d.n.nlı yük avtomobilini "BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyini, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 46-cı kilometrliyində həmin avtomobil ilə üzü Ağsu istiqamətinə 40 km/saat sürətlə hərəkətdə olan zaman Kürdəmir rayonu Sor Sor kəndi ərazisində "Şəhid bulağının" yaxınlığında yolun sağ hissəsindən kəndin girişindən qəfildən bir baş sahibsiz inək heyvanının onun hərəkətdə olduğu zolağa çıxdığını gördüyünü, həmin inəyə təxminən 20 metr qalmış təhlükə anını hiss etdiyini, əyləcdən istifadə etdiyini, zəruri tədbirlər gördüyünü, hadisədən yayınmaq üçün avtomobili inəkdən qaçırmaq istədiyini, lakin idarə etdiyi avtomobilinin qabaq sağ hissəsinin əks istiqamətli hərəkət zolağında dəydiyini və yol nəqliyyat hadisəsi baş verdiyini, dərhal avtomobilindən yerə düşdüyünü, inəyə baxdığını, inəyin ayağa durduğunu, yolun sol hissəsinə meşəsalma ərazisinə getdiyini, bununla bağlı dərhal DİN-nin 102 mərkəzi zəng xidmətinə məlumat verdiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiyini və hadisə yerinə baxış keçirdiklərini, sonradan sözügedən heyvanın Kürdəmir rayonu Sor Sor kənd sakini Şəxs məxsus olduğunu, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə 1000 manat maddi ziyan dəydiyini bildirmişdir. Aparılmış araşdırma zamanı Şəxs izahatında, özünəməxsus olan təsərrüfatında iribuynuzlu mal qaranın olduğunu, həmin heyvanları hər gün kəndin örüş sahəsinə ötürdüyini, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində 2 baş inək heyvanını həyətindən çıxardığını və örüş sahəsinə ötürmək istədiyini, bu vaxtı inək heyvanlarının küçə ilə magistiral yola qaçdığını, ağ rəngli 3 yaşlı inək heyvanının magistiral yola çıxdığını, üzü Ağsu istiqamətində hərəkətdə olan sonradan tanıdığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi N.Kəsəmənli küçəsi ev 36 da qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi "Mersedes Benz 815 yük" markalı ağ rəngli ** RB *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə əks istiqamətli hərəkət zolağında toqquşduğunu, inək heyvanının yolun sol hissəsinə düşdüyünü, heyvanının ölmədiyini, hal hazırda həyətində olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli 114 nömrəli "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından " görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Təhqiqat araşdırması zamanı Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntqəsi tərəfindən verilmiş ziyan aktından görünür ki, Mersedes Benz 815 yük" markalı ağ rəngli ** RB *** dövlət qeydiyyat nişanlı yük avtomobilə baş vermiş hadisə zamanı 1000 manat maddi ziyan dəymişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 08 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 46 kilometrliyində Kürdəmir rayonu Sor Sor kəndi ərazisində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi N.Kəsəmənli küçəsi ev 36 da qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi "Mersedes Benz 815 yük" markalı ağ rəngli ** RB *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə üzü Kürdəmir rayonu Atakişili kəndi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan zaman həmin yolun sol hissəsindən Sor Sor kəndinə girişdən çıxan sahibsiz inək heyvanını vurmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə cinayət tərkibi omadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, iri buynuzlu inək heyvanını yolda nəzarətsiz qoyduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta işdə olan sənədlərlə tam təsdiq edildiyindən, barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-329/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-329/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver