Məhkəmə qərarları › İş №3(041)-33/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-33/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-33/2024 07.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, tərcüməçi X3, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ikinci qrup əlil, eşitmə və danışma qabiliyyəti olmayan, Kürdəmir şəhəri N.Nərimanov küçəsi ev 5 ünanında qeydiyyatda olmaqla yaşayan (AZE********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 21 radələrində özünə “Lifan” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yoldan keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünəməxsus “Lifan” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Kürdəmir şəhər H.Əliyev prospektində avtomobili ilə hərəkətdə olarkən dönmə əməliyyatı etmiş, anidən sonradan tanıdığı Zərərçəkmiş şəxs avtomobilin qrşısına çıxdığından onu vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri almışdır. İmkanı olmadığından zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Kürdəmir şəhər H.Əliyev prospektində olarkən sonradan tanıdığı Şəxs idarə etdiyi avtomobillə anidən dönmə əməliyatı etmiş və onu ayağından vurmuşdur. Hadisə nəticəsində ona 132 manat maddi ziyan dəymişdir. Lal-kar olduğuna görə Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 016624 nömrəli vəsiqədən görünür ki, Şəxs ikinci qrup əlildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, ikinci qrup əlil olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə Şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 15 (on beş) manat məbləğində pul ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 06 (altı) manat məbləğində xidmət haqqı ödənilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar