Məhkəmə qərarları › İş №3(041)-33/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-33/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-33/2025 22.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kazımov Marif Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, xx.xx.1971-ci il tarixdə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olan Şəxs Kamil qızı barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs Kamil qızı xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs işlədiyi yeməkxanaya gələrək yeməkxananın həyətində olan iki ədəd su krantını ayağı ilə vurub sındıraqla 20 manat, kondisionerin qaz trubasını əli ilə dartıb qıraraq 300 manat, ümumilikdə Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etməklə və zədələməklə ona 320 manat maddi ziyan vurmuşdur. Kürdəmir rayon Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X1 16 dekabr 2024-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Şəxs Kamil qızınun İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət cəlb olunması qərara alınmış, Şəxs Kamil qızınun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kamil qızı qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Şəxs onun işlədiyi yerə gələrək nalayiq ifadələrlə söyüb təhqir etmiş və heç bir sübutu olmadan onun işlədiyi yerin ona məxsus olmasını demişdir. O, isə Saədətə heç bir söz deməmişdir. Səadət onu işləməyə qoymur və əvvəllər də onun işlədiyi yerə gələrək onu nalayiq ifadələrlə təhqir edib. Sonuncu dəfə isə gəldi kondisioneri qırmışdır. Kandisionerin qiyməti 1800 manatdır və həmin kondisioneri kreditlə almışdır. Ona vurulmuş ziyan ödənilməmişdir. Ziyanın ödənilməsini istəyir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Kamil qızının əməli İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X2 xx.xx.2024-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs Kamil qızınun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Şəxs Kamil qızı Zərərçəkmiş şəxs işlədiyi yeməkxanaya gələrək yeməkxananın həyətində olan 2 ədəd su krantını ayağı ilə vurub sındıraqla zərər çəkmiş şəxsə 20 manat, kondisionerin qaz trubasını əli ilə dartıb qıraraq 300 manat olmaqla, ümumilikdə zərər çəkmiş şəxsə 320 manat məbləğində ziyan vurmuşdur. Bu iş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərər çəkmiş şəxsin ifadəsi və hadisənin baş vermə şəraiti ilə təsdiqini tapır. Həmçinin zərər çəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu və ona vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını, zərər çəkmiş şəxsin ifadələrini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Kamil qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Kamil qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, vurulmuş ziyanın bir misli məbləğdə cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Kamil qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o vurulmuş ziyanın bir misli məbləğdə - 320 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar