Məhkəmə qərarları › İş №3(041)-330/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-330/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-330/2024 04.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.05-də Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1989-cu Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə aldadaraq sonuncuya 300 manat maddi ziyan vurmuşdur. “X1” MMC-nin direktorunun şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Özü Kürdəmir ayonunda qeydiyyatda olsa da Ağsu rayonunda kirayədə yaşayır. Zərərçəkmiş şəxs1 tanıyırı və münasibətləri normal olmuşdur. O, Zərərçəkmiş şəxs1 qohum əqrabası olanda onları iş düzəldə biləcəyini demiş və Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2la tanış olaraq onu Süd zavoduna işə düzəldəcəyi barədə söz verərək ondan 300 manat almışdır. O,Semralı işə düzəltməmiş və Semraldan aldığı pulu qaytarmamış, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, özü işsizdir. Tanışı Zərərçəkmiş şəxs1 tanışının onu işə düzldə biləcəyini demiş və Qadirin nömrəsini ona vermişdir. O, da Şəxslə tanış olmuşdur. Qadir də onu işə düzəldə biləcəyini bildirərək işə düzəlmək üçün 300 manat lazım olduğunu bldirmişdir. O, da Qadirə 300 manat vermişdir. Qadir ondan pulu aldıqdan sonra telefonu söndürmüş, o, Qadirlə əlaqə saxlaya bilməmiş Qadiri axtarsa da tapa bilməmiş və məcburiyyət qarşında qalaraq polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qadir ondan aldığı 300 manat pulu qaytarmamışdır. Onlar barışmamışlar. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə aldadaraq sonuncuya 300 manat maddi ziyan vurmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlində məsiliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində bir ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar