Məhkəmə qərarları › İş №3(041)-330/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-330/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-330/2025 01.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğıunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 389-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 389-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokola əsasən, Şəxs tərəfindən 2024-cü il üçün təqdim edilməli olan 1-əmək hesabatının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarix olduğu halda, müvafiq hesabat təqdim edilməmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Kürdəmir rayon Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-ə daha əvvəl təqdim olunmalı hesabatlar, onların son təqdim olunma tarixləri haqqında məlumatlar təqdim olunmuşdur. X2 Komitəsinin rəsmi saytında hər bir hüquqi şəxs “Təqdim olunmalı hesabatlar” bölməsinə daxil olmaqla bu cür məlumatlarla tanış olur və hesabatları oradan təqdim edir. 2024-cü il üçün sözügedən müəssisə tərəfindən 1-əmək (il ərzində işləmişişçilərin orta sayı, əməkhaqqı fonu, hərəkətliliyi, işçilərin işləmə saatı, oktyabr ayı üzrə əməkhaqı aralığı üzrə bölgüsü, məzuniyyət, sosila və digər ödəmələr, peşə hazırlığı və s. məlumatlara dair) hesabatının son təqdim edilmə (2025-ci ilin mart ayının-15-i) vaxtı bitmişdir. Hesabatın son təqdim edilmə tarixinə qədər müəssisəyə dəfələrlə müvafiq hesabatın təqdim edlməsi ilə bağlı məlumat versəkdə Şəxs MMC-nin sözü gedən hesabatı təqdim etməmişdir. Ümumiləşdirilsə Şəxs MMC əksər hallarda statistik hesabat intizamına biganə yanaşmış, hər hesabat üçün tərəflərindən məlumat verdikdən sonra təqdim edilmiş, bir çox hallarda təhrifə yol vermiş, dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Müəssisə tərəfindən vaxtaşırı yol verilmiş səhvlərə dair mümkün köməklik göstərilmişdir. Müəssisə tərəfindən əvvəlki dövrlərdə də yol verilmiş nöqsanların təhlil edilməsi, hesabat intizamının gücləndirilməsi, profilaktik tədbirlərin aparılması və metroloji təlimatların verilməsi məqsədilə dəfələrlə məlumat verilmişdir. Tərəflərindən nöqsan aşkar olunduğu vaxtdan qanunvericilikə müəyyən edilmiş müddət ərzində xx.xx.2025-ci il tarixdə protokol tərtib edilmiş və baxılması üçün qərardad tərtib olunaraq Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Onu da qeyd edir ki, müvafiq statistik hesabatların vaxtında təqdim edilməməsi, buraxılan səhvlər, təhriflər vaxtında aradan qaldırılmadığı təqdirdə uyğunsuzluqların yaranmasına, həmçinin aylıq, rüblük, illik yekun məlumatların alınması zamanı ölkə, iqtisadi rayon və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərə hesablanan orta aylıq nominal əməkhaqqının süni artıb, azalmasına, işçilərə dair ümumilikdə düzgün məlumatların əldə olunmamasına səbəb olur. Dövlət statistika orqanları digər idarəetmə orqanları ilə qarşılıqlı əlaqədə işləyir və öz işinin nəticələri, hesabat sisteminin vəziyyəti, ölkədə və regionlarda baş verən iqtisadi və sosial proseslər haqqında müvafiq orqanlara müntəzəm məlumat verirlər. Bu məlumatlar əsasında müvafiq orqanlar ölkədə qanunların, proqramların qəbul edilməsində istifadə edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir rayon Statistika idarəsinin rəisi X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin 2024-cü il üçün təqdim edilməli olan 1-əmək rəsmi statistik hesabat formasının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olsa da, müvafiq hesabat təqdim edilmədiyi üçün Şəxs MMC Azərbaycan Respubikası İXM-nın 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-nin reyestr göstəricilərindən görünür ki, hüquqi şəxs Şəxs ünvan 1i ünvanında yerləşir. Kürdəmir rayon Statistika idarəsinin 3-34-58/2-47/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin 2024-cü il üçün təqdim edilməli olan 1əmək rəsmi statistik hesabat formasının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olsa da, müvafiq hesabat təqdim edilmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu izah olunmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 389cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Həmin Qanunun 27-ci bəndinə əsasən rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən Statistika İdarəsinə 2024-cü il üçün təqdim edilməli olan 1-əmək rəsmi statistik hesabat formasının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olsa da, müvafiq hesabat təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Statistika İdarəsinə 2024-cü il üçün təqdim edilməli olan 1-əmək rəsmi statistik hesabat formasının son təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olsa da, müvafiq hesabat təqdim edilməməsi iş materialları ilə öz təsdiqini tapmış və MMC-nin İXM-in 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, firmanın inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 389-cu maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar