Məhkəmə qərarları › İş №3(041)-331/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-331/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-331/2025 18.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X13, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Şirvan Regional Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Kürdəmir rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu, Bağman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bayramov X3 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında icra məmuru X5 inzibati xəta haqqında protokolu əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 saylı icra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. Belə ki, uşağın atadan alınaraq anasına verilməsi üçün 2024-cü ilin dekabr ayının əvvəllərinə təyin edilmiş icra prosesi uşaq anasına getmədiyi üçün alınmamış, 16 dekabr 2024-cü il tarixdə icra prosesi şöbənin binasına təyin edilmiş, lakin borclu şöbəyə gəlməmişdir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Suallara cavab olaraq icra məmuru bildirdi ki, 2024-cü ilin dekabr ayından sonra icra sənədi üzrə icra prosesi təyin edilməmiş və borclu Şəxs yazılı xəbərdarlıq göndərilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2024 -cü ilin dekabr ayında icra məmurunun çağırışı ilə uşaqla birlikdə icra şöbəsinə getmiş, lakin uşaq ağlayaraq anasına getmədiyi üçün icra baş tutmamışdır. Bundan sonra icra məmuru tərəfindən icra prosesinin təyin olunması barədə ona yazılı və ya telefon vasitəsilə məlumat verilməmişdir. Nə vaxt icra prosesi təyin olunarsa uşaqla birlikdə gəlməyə hazırdır. X1 çıxışında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-157/2024 nömrəli qətnaməsi ilə Şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 saylı qətnaməsi tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs alimentin tutulması və qətnamənin həmin hissəsinin dərhal icraya yönəldilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2018-ci il təvəllüdlü X9 atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verilməsi və alimentin tutulması X6 anası Zərərçəkmiş şəxs verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş sənədlərdən də görünür ki, uşağın atasından alınıb anasına verilməsi barədə 2024-cü ilin dekabr ayında icra prosesi təyin edilmiş, lakin uşaq ağlayaraq anasına getmədiyi üçün proses baş tutmamışdır. Hazırda hər iki tərəf məhkəmədə iştirak edir, icra prosesini 18 aprel 2025-ci il tarixə təyin edib, məhkəmə iclasını da həmin tarixə kimi təxirə salınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs müdafiəçinin vəsatəti ilə razılaşaraq, icra prosesinin 18 aprel 2025-ci il tarixə saat 11:00-a təyin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının razılığını nəzərə alaraq, icra məmuru tərəfindən icra prosesi 18 aprel 2025-ci il tarixə saat 11:00-a təyin edilmiş, məhkəmə iclası həmin gün saat 12:00-a təxirə salınmışdır. 18 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında icra məmuru X5 bildirdi ki, 18 aprel 2025-ci il tarixə saat 11:00-a təyin edilmiş icra prosesinə Şəxs xx.xx.2018-ci il təvəllüdlü X9 ilə gəlmiş, lakin tələbkar Zərərçəkmiş şəxs gəlmədiyinə görə icra prosesi baş tutmamışdır. Məhkəmə iclasında atasının iştirakı ilə dindirilərkən xx.xx.2018-ci il təvəllüdlü X9 atası ilə qalmaq istədiyini bildirmişdir. X1 çıxışında işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində 24 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(106)-157/2024 nömrəli qətnaməsi ilə Şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 saylı qətnaməsi tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs alimentin tutulması və qətnamənin həmin hissəsinin dərhal icraya yönəldilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2018-ci il təvəllüdlü X9 atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verilməsi və alimentin tutulması X6 anası Zərərçəkmiş şəxs verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi aktda (aktın tarixi göstərilməyib) təyin edilmiş icra prosesi uşaq anasına getmədiyi üçün alınmamış, 16 dekabr 2024-cü il tarixli aktda isə icra prosesi şöbənin binasına təyin edilmiş, lakin borclu şöbəyə gəlmədiyinə görə icra prosesi baş tutmamışdır. Tələbkar Zərərçəkmiş şəxs hər iki akta imza etməkdən imtina etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədi üzrə uşağın atasından alınıb anasına verilməsi barədə 2024-cü ilin dekabr ayında iki dəfə icra prosesi təyin edilib, icra prosesi borclu Şəxs yox, uşağın anası ilə getməməsi səbəbindən icra prosesi baş tutmamışdır. Sonrakı müddətlərdə icra prosesi təyin edilməmiş, borclunun icra sənədinin icrasına mane olmasını təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında isə icra sənədi üzrə borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda borcluya izah edilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar