Məhkəmə qərarları › İş №3(041)-332/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-332/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-332/2024 25.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Kürdəmir RPŞ DYPB-nın əməkdaşı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə İXP5910051 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixdə qəbul edilmiş TP6179235 nömrəli qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, yol polisi əməkdaşları tərəfindən barəsində tərtib edilmişxx.xx.2023-cü il tarixdə İXP5910051 nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aidiyyəti yerlərə şikayət vermiş, hazırda şikayətlərinin nəticəsi barədə ünvanına heç bir məlumat daxil olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib edən Kürdəmir RPŞ DYPB-nın əməkdaşı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP5910051 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan qaydanı pozduğuna görə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarla barəsində tətbiq edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş üç ay müddətinə ödəməli olduğu halda bunu etməmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilərkən Şəxs həmin qərardan bir çox orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırılma aparılmış, şöbədə ondan izahatlar alınmış, hazırda şikayətin nəticəsi barədə məlumatı yoxdur. İşin araşdırılan hallarından məlum olur ki, Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli TP6179235 nömrəli qərarla barəsində tətbiq edilmiş 400 manat cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə tərtib edilmişdir. Şəxs verdiyi izahatından aydın olur ki, həmin qərarla razı olmadığına görə aidiyyəti orqanlara şikayət vermiş və verdiyi şikayətlərin araşdırılmasına baxmayaraq, bununla bağlı ona rəsmi olaraq cavab verilməmişdir. Bu halı inzibati xəta haqqında protokolu tərtib edən Kürdəmir RPŞ DYPB-nın əməkdaşı X2 məhkəmədə verdiyi izahatında da təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Hazırki iş üzrə də, baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli TP6179235 nömrəli qərardan edilən şikayətlə bağlı müvafiq qərar qəbul edilənədək tərtib edildiyindən yol verilən natamamlığı məhkəmədə aradan qaldırmaq mümkün sayılmadığından inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsində məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar