Məhkəmə qərarları › İş №3(041)-332/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-332/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-332/2025 17.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X15, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Şirvan Regional Vəkil Bürosunun vəkili X6, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Kürdəmir rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu, Bağman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bayramov X4 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-411/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında icra məmuru X7 inzibati xəta haqqında protokolu əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-411/2024 saylı icra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmiş, borclunun 710 manat aliment borcu qalmışdır. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Suallara cavab olaraq icra məmuru bildirdi ki, icra sənədi üzrə borclu Şəxs tərəfindən hər ay 100-200 manat olmaqla aliment ödənilmiş, 710 manat aliment borcu əvvəllər yığılmış borc qalıqları hesabına yaranmışdır. Sonuncu dəfə xx.xx.2025-ci ildə 200 manat aliment ödəmişdir. Protokolu tərtib etməyinin əsas səbəbi tələbkarın borcun tam şəkildə bir dəfəyə ödənilməsi ilə bağlı tələbi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2023-cü ildən aliment ödəyir, 710 manat aliment borcunun yaranma səbəbi ona aydın deyil. Alimentini hər ay vaxtında ödəmiş, sonuncu dəfə xx.xx.2025-ci ildə 200 manat aliment ödəmişdir. Ödəniş qəbzlərini icra məmuruna təqdim etmiş, ödənilməmiş borcu olarsa yaxın vaxtlarda tam olaraq ödənişini təmin edəcəkdir. Aliment borcunu bank kartına ödəməsi üçün dəfələrlə tələbkara bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Halbuki, bank kartına ödənişləri müəyyən etmək daha asan və dəqiqdir. Bundan əlavə, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş, alimentini ödəməkdən heç vaxt yayınmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 çıxışında bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində 24 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X11 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X9 anaları Zərərçəkmiş şəxs yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-157/2024 nömrəli qətnaməsi ilə Şəxs Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 saylı qətnaməsi tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs alimentin tutulması və qətnamənin həmin hissəsinin dərhal icraya yönəldilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2018-ci il təvəllüdlü X11 atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verilməsi və alimentin tutulması X8 anası Zərərçəkmiş şəxs verildiyi vaxtdan hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. X11 aliment borcunu vaxtı-vaxtında ödəmiş, 710 manat aliment borcunun yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. E.Şəxs ödəniş qəbzlərini icra məmuruna təqdim etmiş, ödənilməmiş aliment borcu müəyyən edilərsə, ödənişi təmin ediləcəkdir. Hazırki vəziyyətdə isə E.Şəxs icra sənədinin icrasından yayınmamış, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Müdafiəçi işin şərh edilən hallarına əsaslanaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, E.Şəxs alimenti hər ay ödəməsinə baxmayaraq, əvvəlki aylardan qalmış borcunu ödəməmişdir. Borclunun bank kartı ilə bağlı qaldırdığı məsələyə gəldikdə isə, qısa müddətdə məsələni həll edib, bu barədə icra məmuruna məlumat verəcəkdir. Bütün binlara baxmayaraq, qalan aliment borcunu tələb edir və qısa müddət ərzində ödəmədiyi təqdirdə, şikayətini davam etdirəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı alimentin təyin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı uşağın cavabdeh valideynin himayəsinə qaytarılması və alimentin həcminin artırılması tələbinə dair 2(041)-411/2024 saylı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, qətnaməsi ilə iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-757/2023 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X8 atası Şəxs alınaraq anası Zərərçəkmiş şəxs verildiyi vaxtdan başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. - ödəniş qəbzlərindən və poçt xidmətinin arayışından məlum olur ki, hər ay üçün aliment ödənişləri aparılmış, sonuncu dəfə xx.xx.2025-ci ildə 200 manat aliment ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədi üzrə borclu Şəxs hər ay alimentini ödəmiş, icra məmurunun protokolda qeyd etdiyi 710 manat aliment borcunun yaranma tarixini və müddətini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında isə icra sənədi üzrə borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Borcluya izah edilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar