Məhkəmə qərarları › İş №3(041)-334/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-334/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-334/2023 19.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, sürücülük fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayonu polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19.30 radələrində özünə məxsus “VAZ 210130” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunun 31-ci kilometrliyində hərəkət edərkən manevir etmə qaydasını pozaraq yoldan keçən piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünə məxsus “VAZ 210130” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili var, sürücülük fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə, saat 19.30 radələrində həmin avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunun 31-ci kilometrliyində hərəkət edərkən ani olaraq qarşısına çıxan Zərərçəkmiş şəxs vurmuşdur. Dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslə öz arlarında razılıq əldə etmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Hazırda törətmiş olduğu əmələ görə peşmandır, odur ki, barəsində ədaləti qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda qeyd edilən: -məhkəmə-tibbi ekspertiza və patolofi anatomiya birliyi tərəfindən verilmiş canlı ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 95 nömrəli rəylərindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- qapalı-kəllə beyin travması baş beyinin sirkələnməsi ilə, alın təpə nahiyyələrində hemotoma, sol gicgahın qançırı, həmin xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir, hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilər, müddəti xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli 51 nömrəli sərxoşluğun təuini protokolundan görünür ki, Şəxs ayıq və spirtli içki qəbul etməmişdir. - Kürdəmir rayon mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli 52 nömrəli sərxoşluğun təyini protokolundan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş olmuşdur. Şəxs əməli özünün etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta hadisəsi törətməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməlidir. Həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayonu icra və probasiya şöbəsinə həvalə edilsin. Dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar