Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-334/2025 28.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X22 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, X2 və qərarından şikayət verilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilən X6 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X3 rayon Məhkəməsinə şikayət verərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisindəki 0.496 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla arvadı X11 ilə X5 və X9 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşıınmaz Əmlakın Dövlət Kadastrı və X20 şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən xx.xx.2023-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. O, ümumbirgə mülkiyyətində olan və Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisində yerləşən 0.496 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2025-ci ilin mart ayının əvvəllərində əkin işləri aparmaq məqsədi ilə 2 ədəd yulğun kolunun əkinə maneəçilik törətdiyinə görə kəsərək torpaq sahəsindən kənara çıxarmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı xüsusi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan 2 topa yulğun ağacını kəsib torpaq sahəsindən kənara çıxartdıına görə xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokola əsasən qanunsuz olaraq onu 2000 manat cərimə etmişdir. Barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan belə nəticəyə gəlir ki, yeganə gəlir mənbəyi olan xüsusi mülkiyyətindəki torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməz. İstər Konstitusiya ilə təsdiq edilən müıkiyyət hüquqları, istərsə də Azərbaycan Respublikası Mülki Qanunvericiliyi ilə qorunan mülkiyyət hüquqları Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunun tələblərinin əksinə olaraq kobud surətdə pozulmuşdur. 2 topa yulğun kolunu kəsdyi torpaq sahəsi xüsusi mülkiyyətində olan torpaq sahəsi onlara əkinçilik məqsədi ilə verilmişdir. Hesab edir ki, barəsində tərtib edilən protokol qanunsuz və əsassızdır. Odur ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 göstərdi ki, Kürdəmir rayon Şüşün kənd sakininin şikayəti əsasında həmin ərazidə olmuşlar və həqiqətən də 2 ədəd yulğun kolunu kəsb məhv edərək təbiətə 160 manat ziyan vurulmuşdur. Hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, yulğun kolu əkilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsində əkin üçün istifadə olunan bitkilərdən başqa bitkiləri kəsmək üçün müraciət olunmalı və rəy əsasında həmin bitkinin götürülməsi barədə icazə verilib -verilməməsi məsələsi həll edilməli idi. Şikayətçi isə belə bir razılıq və müraciət olmadan yulğun ağacını, yəni əkin üçün isifadə edilməyən bitkini köküstə kəsib məhv etmişdir. Odur ki, şikayətin təmin edilməməsi və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və digər əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərarla X10 İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253- 1-ci maddələrinin qüvvəsi şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kobinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “yaşıllıqların götürülməsi ” qaydasının 1-ci bəndində göstərilmişdir ki, bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Həmin qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, X10 ona və ailə üzvlərinə məxsus Kürdəmir rayonu, Qaramahmudlu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iki topa yulğun kolunu məhv etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X6 yulğun ağacını məhv etməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla, X6 etirafedici izahatı və digər sənədlərlə sübuta yetirilir. X1 barəsində inzbati xəta haqqında protokol tərtib edilərkən prosessual qanunvericiliyin hər hansı tələbinin pozulması halı aşkar edilməmişdir. Göründüyü kimi, M.C.Şirəliyevin məhv etdiyi 2 topa yulğun kolundan ibarət yaşıllıq onun xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olsa da, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən yaşıllıqlara (əkinə) aid deyildir. O, həmin kolları Azərbaycan Respublikası Nazirlər Kobinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “yaşıllıqların götürülməsi ” qaydasına uyğun götürməli olduğu halda, bu qaydanın göstərişlərinə əməl etməmişdir. Odur ki, onun əməli inzibati xəta pozuntusu olmaqla İXM-nin 253.2-ci maddəsinin təsiri altına düşür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X6 əməlində İXM-in 253.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 şikayəti təmin edilməməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X8 X10 barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-334/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-334/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver