Məhkəmə qərarları › İş №3(041)-335/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-335/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-335/2025 17.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində polis əməkdaşları tərəfindən yivsiz ov tüfəngəlirinin saxlanma və daşınma qaydasını yoxlayarkən izahatının alınması üçün RPŞ-nə dəvət etsələr də Şəxs RPŞ-nə getlməkdən imtina edərək ucadan ünvanlı və ünvansız söyüşlər söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları onu intizama dəvət edən xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayon Xırdapay kəndində yaşayır. Polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik və tabesizlik göstərməmişdir. Silah onun adına qeydiyyatda olmasına baxmayaraq, anası silahı verməkdən imtina etmişdir. Bu zaman polis əməkdaşları post patrul xidmətini əraziyə dəvət etdilər. Cinayət axtarış şöbəsinin rəisi ona yaxınlaşaraq dedi ki, ya silahı verməlisiz, ya da onu şöbəyə aparacaqlar. O, evə qalxıb silahı polis əməkdaşlarına təqdim etdi. Onu da qeyd edir ki, polis əməkdaşı Fəhmin Kərimli onun barəsində yazdığı raportda polisə qarşı təhqir, silahla hədələmə sözləri işlətmişdir. Halbuki o, şəhid ailəsi olaraq həmişə qanun-qaydaya riayət etmişdir. Onu da bildirir ki, 3 (üç) il əvvəl silah daşıma qaydasına görə barəsində 50 (əlli) manat cərimə tətbiq edilmişdir. Həmin cəriməni ödəməsi üçün F.Kərimliylə 50 (əlli) manat vermiş, sonradan məlum oldu ki, həmin cərimə ödənməyib və o, bununla bağlı xx.xx.2025-ci il tarixdə cərimə ödənmədiyinə görə polisə şikayət etdi. Bu zaman F. Kərimli ona silahı gətirib şöbəyə təhvil verəcəyini söylədi. Ona cərimə niyə ödənilməyib sualını verdi. F.Kərimli ona dedi ki, onlar münaqişəli ailə kimi 3 il əvvəl qeydiyyatda olub. Düzdür həmin vaxtı münaqişə olub, amma münaqişəyə həmin vaxt son qoyulub. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru X4 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Kürdəmir şəhər ərazisində İTB-nin polis sahə rəisi polis leytenantı Elçin Osmanov ila birlikdə vətəndaşlarda olan yivsiz ov tüfəngəlirinin saxlanma və daşınma qaydasını yoxlayarkən Kürdəmir şəhər sakini Şəxs ov tüfəngini yoxlamaq üçün onun ünvanına yaxınlaşdıq evdə heç kim olmadığından silahın sahibi Şəxslə mobil telefon əlaqəsi saxlamış, hal-hazırda işdə olduğunu saat 19:20 də öz evində olacağını həmin vaxtda silahının yoxlanılmasını bildirmişdir. Elçin Osmanovla birgə yenidən yəni saat 19:20-də həmin ünvana yaxınlaşmış, həmin vaxt Şəxs binanın qarşısında dayanaraq siqaret çəkdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və ov silahını saxlanma qaydasının yoxlanılması məqsədi ilə onlara təqdim etməsini istəmiş, bu zaman Şəxs əvvəlcə silahın özündə olmadığını, silahı başqa şəxsə qeyri qanuni olaraq satdığını, daha sonra isə silahın RPŞ-də münaqişəli ailə kimi qeydiyatda olan bacısı X3 ilə bigə yaşayan anası Mahirədə olduğunu bildirərək muxtəlif bəhanələr gətirdi və silahı onlara təqdim etməkdən kobudcasına boyun qaçırmış, Şəxs hüquq və vəzifələrini dəfələrlə izah etsələr də Şəxs "mənim silahımı heç kim yoxlaya bilməz, gedin işinizlə məşğul olun, əks halda burada silahla kimisə vuracam” sözlərini deyərək onların qanuni tələblərimizə qəsdən tabe olmamış və uca səslə evdəki anasına “silahı gizlət polislər tapmasın əgər evə girsələr onları silahlia vuracam” sözlərini deyəndən sonra bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş. az sonra hadisə yerinə RPŞ-nin əməliyyat qurupunun üzvləri əməliyat müvəkkili polis mayoru Orxan Ələsgərov, sahənin polis nəfəri polis serjantı Maqsud Şirəliyev və NH-nin sürücüsü polis serjantı Əsəd Əsədov yaxınlaşdı. Birlikdə Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də Şəxs silahı onlara vermədiyi üçün əməliyyat qrupunun köməkliyi ilə Şəxs məcburı şəkildə xidməti avtomabilə əyləşdirərək RPŞ-nə aparmışlar. Şəxs RPŞ-nin inizbati binasında eləcədə növbətci hissədə yenidən öz qanunsuz əməllərini davam etdirərək onların ünvanına nalayiq ifadələr işlətmiş, RPŞ-dən qaçmağa cəhdlər etmiş, şöbənin iş fəaliyyətini kobudcasına pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin polis sahə rəisi polis leytenantı X5 ifadəsində bildirdi ki, Kürdəmir RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru Bəhruz İsmayılov raportla şöbə rəisinə müraciət edərək, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan X3 ilə keçmiş həyat yoldaşı Kürdəmir şəhəri M.Ə.Sabur küçəsində kirayədə yaşayan X1 ailələri arasında ailə münqaşiəsi ilə bağlı Kürdəmir RPŞ-nə daxil olmuş eyni məzmunlu müraciətlərindən görünür ki, yuxarıda göstərilən vətəndaşların biri-biri ilə münaqişəli olduğu üçün gələcəkdə hər hansı bir xoşagəlməz hadisələrin qarşısının alınması məqsədi ilə həmin ailələrin münaqişəli ailə kimi qeydiyyata alınmasına göstəriş verməsini xahiş etmişdir. Bundan sonra Kürdəmir RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru X4 ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 11 radələrində vətəndaşlarda olan yivsiz ov tüfəngəlirinin saxlanma və daşınma qaydasını yoxlayarkən Kürdəmir şəhər sakini Şəxs ov tüfəngini yoxlamaq üçün onun ünvanına yaxınlaşmış, Şəxs evdə saxladığı ov tüfəngini onlara könüllü olaraq vermədiyi üçün polis əməkdaşlarının köməkliyi ilə evdə olan ov tüfəngini götürüb polis şöbəsinə təhvil vermişlər. Şəxs onların qanuni tələblərini yerinə yetirmədiyi üçün məcburi qaydada polis maşınına oturdub polis şöbəsinə aparmış və inzibati qaydada tutmuşlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını və şahid ifadələrini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs özünə məxsus ov tüfənginin polisdə qeydiyyata alınması üçün Kürdəmir RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru X2 50 manat dövlət rüsumu vermiş və üstündən xeyli müddət keçəndən sonra məlum olmuşdur ki, verdiyi pul rüsum kimi ödənilməmişdir. Bu barədə Fəhmi Kərimliyə bildirəndə ona müsbət cavab verilmədiyi üçün DİN-nin 102 qaynar xəttinə zəng edərək, polis əməkdaşlarından şikayət etmiş və növbəti gün İTB-nin sahə rəisi İbrahim Sadıqov telefonla ona zəng edərək ov tüfəngini polis şöbəsinə təhvil verməsini bildirmiş, lakin Elçinin anası tüfəngi polisə verməkdən imtina etdiyi üçün polis əməkdaşları Elçinin yaşadığı ünvana gedərək evdən tüfəngi götürüb polis şöbəsinə təhvil vermiş, özünü isə inzibati qaydada tutaraq MSY-də saxlamışlar. İşə əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs 2019-2023-cü illər arası qohumu Əhməd Hüseynovu və Süsən Hüseynovanı döydüyü üçün barəsində inzibati qaydada inzibati tənbeh tədbirləri görülmüş və bu səbəbdən həmin ailələr münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Son 2 ilə yaxın müddətdə həmin ailələr arasında münaqişə və mübahisə hallarının olmasını təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Şəxs üzərinə edilən hücumlar onun polis əməkdaşlarından DİN-nin 102 xidmətinə etdiyi şikayət olmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd edilən hərəkətlərində ictimai qaydanı pozan xırda xuliqanlıq, habelə ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması kimi əlamətlər müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar