Məhkəmə qərarları › İş №3(041)-336/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-336/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-336/2023 05.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646149 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən dəyəri 100 manat olan “Samsung A-10” markalı mobil telefonu oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, fəhlə işləri görməklə qazanc əldə edir, xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhər sakini Zərərçəkmiş şəxs ona müraciət edərək müəyyən pul müqavilində həyətində olan otları təmizləməsini təklif etmiş, fəhlə işləri gördüyü üçün Aytənlə razılaşmışdır. Həmin gün həyətdə ot təmizləyərkən Zərərçəkmiş şəxs həyətdən çıxaraq mağazaya getdiyini görmüş və onun həyətdə olmamasından istifadə edərək stolun üstündə olan “Samsung A-10” markalı mobil telefonu və süfrənin altında olan 180 manat pulu oğurlayaraq oradan qaçmışdır. Hazırda “Samsung A-10” markalı mobil telefonu zərərçəkmiş şəxsə qaytarmış, lakin 180 manat pulu xərclədiyi üçün qaytara bilməmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır, Şəxs fəhlə işləri görən biri kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Şəxs müraciət edərək həyətində olan otları təmizləməsini təklif etmiş, Famildə 20 manat pul müqavilində həyəti təmizləyəcəyini bildirmişdir. Aralarında razılıq əldə olunduqdan sonra Famil həyətə daxil olaraq otları təmizləməyə başlamışdır. Həmin gün nahar vaxtı çörək almaq niyəti ilə mağazaya gedib geri qayıtdıqda Familin həyətdə olmadığını, həmçinin stolun üstündə olan özünə məxsus “Samsung A-10” markalı mobil telefonun və süfrənin altında olan 180 manat pulun yerində olmadığını görmüşdür. Fəmilin telefonu və pulu oğurlayaraq oradan qaçdığını müəyyən etdikdən sonra şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Şəxs dəymiş ziyanı qismən ödəmiş, yəni mobil telefonunun qaytarmış, lakin 180 manat pulu qaytarmamışdır. Hazırda Şəxs şikayətcidir və onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş AZA 000111 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00.50-də inzibati qaydada tutulmuşdur. Şəxs törətdiyi xırda talama növündə inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il, saat 00.50-dən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar