Məhkəmə qərarları › İş №3(041)-338/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-338/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-338/2025 02.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Şahbazova Göyçək Kamil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu, Qağaclı kəndində qeydiyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən sürücü Şəxs 25 noyabr 2024-cü il tarixdə saat 18:58 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən 157-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X5” markalı vaqon 20+1 tipli **-HG-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ilə qaranlıq və quraqlı hava şəraitində Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarından ehtiyyat hissədə 45-55 km/saat sürətlə hərəkətdə olarkən, hərəkətdə olduğu sürətlə hərəkət hissəsinin sağ hərəkət zolağına gözləmədən çıxarkən arxadan eyni istiqamtdə eyni zolaqda düzünə hərəkətdə olan X1 90 km/saat sürətlə idarə etdiyi “Opel Comba-C” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkətdə olduğu sağ hərəkət zolağına çıxmış mikroavtobusun arxa sol tərəfi minik avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Comba-C” markalı avtomobilin sürücüsü, minik avtomobilinin və mikroavtobusun sərnişinləri xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilir. Özünə məxsus “X5” markalı mikroavtobus ilə Bakı-Kürdəmir istiqamətində sərnişin daşıyır. xx.xx.2024-cü il tarixdə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən 157-ci kilometrliyində idarə etdiyi “X5” markalı mikroavtobusla hərəkətdə olarkən yolun sağ hərəkət zolağına çıxarkən yolun sağ kənarından 2-3 metr aralı saxlayaraq sərnişinləri düşürmüş, sonra isə sağ tərəflə yola daxil olmuş hərəkətə başlamışdır. Eyni istiqamətdə eyni zolaqda düzünə hərəkət edən “Opel Comba-C” markalı minik avtomobillə toqquşmuşdur. Törətdiyi əməlindən peşimandır. Zərəçəkmiş şəxslərlə barışmış, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Barəsində inzibati cərmə növündə inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinə və zərəçəkmiş şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli 390 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 31 yanvar 2025-ci il tarixli 8/3524 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X5” markalı vaqon 20+1 tipli **-HG-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir.

2. Həmin rəylə də “Opel Comba-C” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 21 yanvar 2025-ci il tarixli 8/3538 №-li məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, 1. Təqdim edilmiş «Opel Comba-C» markalı **- XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperinda, kapotda, qabaq sağ qanadda, qabaq sol qanadda, qabaq sağ qapıda, alın şüşəsində) «X5» markalı vaqon 20+1 tipli **-HG-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzərində (yük yerinin qapısında, arxa sol qanadda, arxa bamperde, arxa dövlət qeydiyyat nişanında) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmete kontaktda olması, dəyməsi, o cümlədən avtomobillərin biri-birləri ilə toqquşması nəticəsində yaranması mümkündür.

2. İlkin kontakt anında toqquşma «Opel Comba-C» markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə «X5» markalı vaqon 20+1 tipli **-HG-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa nisbətən sol hissəsi arasında təxminən paralelliyə yaxın məsafədə baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 551 №-li ekspert rəyinə əsasən, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunun xəsarətlər: Baçın sol gicgah-təpə nahiyəsində yaralar, sol yanaq nahiyəsində sıyrıq, sol əlin arxa səthində sıyrıq. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən 25 noyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadissəsi nəticəsində əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 554 №-li ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər: Sol baldırın ön səthində hemotoma, sağ dizin ön səthində hemotoma. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən 25 noyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundur. Qeyd olunun xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbə olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Biriliyinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 543 №-li ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun yuxarı 1/3 nahiyəsində qançır, sağ əlin arxa səthində qançır, sol dizin ön səthində qançır küt əşya təsirindən törənmişdir, qərarda göstərilən 25 noyabr 2024-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməyə uyğundur və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmədiyi göstərilmişdir. xx.xx.2025 il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Potrul Xidməti alayının 7-ci tağımına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşimançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar