Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-339/2025 18.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil, Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 2-ci dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan xx.xx.2025-ci il tarixdə gecə saat 17.50 radələrində “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir şəhəri, Aşıq Əhməd küçəsi ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda dayanaraq piyada zolağında keçən piyadalara yol verən Zərərçəkmiş şəxs idarə etdiyi Ford Fusion minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, yol-nəqliyyat hadisəsi faktı əsasında tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs 02 aprel 2025-ci il tarixdə saat 17:50 radələrində Kürdəmir şəhəri, Aşıq Əhməd küçəsində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən X4 Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə riayət etməyərək ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda eyni zolaqda dayanaraq piyada zolağından keçən piyadalara yol verən Zərərçəkmiş şəxs idarə etdiyi Ford Fusion minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmaqla maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 02 aprel 2025-ci il tarixdə saat təxminən 17:50 radələrində VAZ 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özü idarə edərək Kürdəmir şəhəri, Aşıq Əhməd küçəsində 3 saylı tam orta məktəb istiqamətində öz yolunda hərəkətdə olarkən qarşısında onunla eyni zolaqda hərəkətdə olan Ford Fusion minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü piyada keçidindən piyadaların yolu keçməsi səbəbindən sürətini anidən azaldaraq dayanmış, ara məsafəsini düzgün seçmədiyindən toqquşacağını anlayıb əyləci basmış, lakin avtomobil irəliyə doğru sürüşmüş, ön sağ hissəsi qarşısında dayanmış olan Ford Fusion minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir, avtomobilində tək olub və heç bir bədən xəsarəti almamışdır. Həmçinin VAZ 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur və sürücülük vəsiqəsi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi Vəkil çıxışında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilir. Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir. Tərəflər arasında barışıq olmuşdur. Şəxs ikinci dərəcəli əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs ikinci dərəcəli əlil olmasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-339/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-339/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver