Məhkəmə qərarları › İş №3(041)-34/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-34/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-34/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov.Xaliq Xalıq oğlu Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, xx.xx.1959-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonunun Çöl-Ərəb kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Kürdəmir rayonu Yeni qəsəbədə yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndi ərazisindən keçən hissəsində idarə etdiyi VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyata nişanlı minik avtomobili ilə hərəkətdə olarkən Kürdəmir rayonu Çöl-ərəb kəndində yaşayan Şəxs məxsus bir baş iribuynuzlu inək heyvanını asfalt örtüklü yolda vuraraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə vaxtı Yelmar Quluyev sağlamlığına zərər vurmayan və avtomobildə olan sərnişin Lalə Quliyeva sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilən xəsarətlər almışlar, nəticədə Q.İ.Rüstəmov tərəfindən Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs və Zərərçəkmiş şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 03 nömrəli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyata nişanlı avtomobilə 1880 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən: - xx.xx.2023-cü il tarixli 421 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir, - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 621 nömrəli rəyindən görünür ki, 1964-cü il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarətlər, sol bazunun arxa səthində qançır, sol bazu-kürək-körpücük birləşməsinin əzələ-bağ aparatının gərilməsi, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 622 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarət, sağ baldır nahiyəsində qançır, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, - Şəxs Kürdəmir rayon polis şöbəsində verdiyi izahatında Kürdəmir rayonunun Çöl-Ərəb kəndində yaşadığını, yaşadığı evin həyətində 4 baş iribiuynuzlu heyvan saxladığını, həyat yoldaşı Bibinisə Bayramova xx.xx.2023-cü il tarixdə səhər saatlarında heyvanları örüş sahəsinə apararkən heyvanların bir başı qaçıb yonca sahəsinə girdiyinə görə Bibinisə də heyvanın arxasınca yonca sahəsinə getdiyini, heyvanı yonca sahəsindən çıxaran vaxt 3 baş inək heyvanları Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kənd ərazisindən keçən hissəsində VAZ- 2106 markalı minik avtomobilinin sürcüsü idarə etdiyi avtomobillə inəyin bir başını vurduğunu, inəyi vuran şəxs avtomobili hadisə yerindən uzaqlaşdıraraq aparıb Çöl-Ərəb kəndində Sübhan adlı şəxsin həyətində avtomobilin üstünə palatka çəkərək avtomobili gizlətdiyini, inəyin bir neçə yerdən qabırğaları sındığından inəyi kəsib satdıqlarını, kürəkəni Bəxtiyar hadisə günü avtomobil sahibinə zəng edərək inəyin onlara məxsus olduğunu dediyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşğıda həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin vurulan ziyanla bağlı hər hansı bir mübahisə yaranarsa zərəçəkmiş şəxs məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş maddi ziyanın ödənilməsi barədə zərərçəkmiş şəxsə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar