Məhkəmə qərarları › İş №3(041)-34/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-34/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-34/2025 31.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, İsmayıllı rayonu, Quşencə ərazi dairəsi, Quşencə kəndi qeydiyyatda olan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Fiziki şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 17 iyul 2024-cü il tarixdə Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdiyi "VAZ 21074" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin gün saat 23 radələrində Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən Kürdəmir rayon polis şöbəsinin DYP bölməsinin inspektorlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməyərək hərəkətini davam etdirmiş və Kürdəmir şəhəri Babək prospekti ərazisində ötmə və manevr etmə qaydalarını pozmaqla "Nissan Qashqai" markalı **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşaraq sonuncu avtomobilə zərər vurmaqla yol nəqliyyat hadisəsi törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayınmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulmuş əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, İXM-nin 327.3 maddəsi ilə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması və İXMnin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməklə zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 17 iyul 2024-cü il tarixdə Göyçay rayonundan qaçırdığı “VAZ 21074" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin gün saat 23 radələrində Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən dövlət yol polisi əməkdaşları onun avtomobilinə işarə edib saxlamaq istəmişlər. O, yol polisi əməkdaşlarını görən kimi sürətli şəkildə onlardan qaçmaq istəmişdir. Bundan sonra o, Kürdəmir rayonu ərazisində körpüdən düşdükdən sonra dairəvi yolda bir maşını vuraraq yoluna davam edib işıqfordan sola dönmüşdür. Həmin yolun sonuna kimi gedəndən sonra avtomobili orada saxlayaraq qaçmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, özünə məxsus “Nissan qashqai” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17 iyul 2024-cü il tarixdə saat 23 radələrində Kürdəmir şəhəri ərazisində olarkən saat dairəsi deyilən yerdə sola dönmə işığını yandıraraq dairəyə daxil olmaq istəyən zaman həmin prospektlə yüksək sürətlə hərəkət edən VAZ 2107 markalı avtomobil arxadan gələrək avtomobilinin sol qabaq hissəsinə sürtərək həmin sürətlə də oradan uzaqlaşmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə dərhal polis əməkdaşları gəlmiş və orada ilkin sənədləşmə işləri aparılmışdır. Yol nəqliyyat hadisəsi baş verən vaxt o, avtomobilində tək olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.1992-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 327.3, 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Göyçay RPŞ ərazisindən qaçırılmış və axtarışa verilmiş "VAZ 21074" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil və "Nissan Qashqai" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Kürdəmir şəhəri H.Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində "saat dairəsi" adlanan yerdir. Yolun hərəkət hissəsi üfüqi və döngəlidir. Yol örtüyü asfalt betondur, quru vəziyyətdədir, eni 16 metrdir. Hər birinin eni 8 metr olan 2 hərəkət zolağı vardır. Toqquşma yerində "Nissan Qashqai" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Kürdəmir RİHB istiqamətində dayanmış, digər avtomobil hadisə yerindən qaçmışdır. "Nissan Qashqai" markalı avtomobilin qabaq sol hissəsi toqquşma nəticəsində əzilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Alızadə X1 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 327.3 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 327.6cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar