Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-340/2024 18.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X12 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi X1 Qərarından şikayət verilmiş şəxs Kürdəmir RPŞ DYPB-nın yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X3 iştirakları ilə, Kürdəmir RPŞ BDYPİ-nin yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X3 xx.xx.2024-cü il tarixdə qəbul etdiyi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X3 xx.xx.2024-cü il tarixdə qəbul etdiyi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində işlədiyi "xxxx" MMC-yə məxsus “Mersedes-Benz Axor” markalı 77JX883 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən körpüyə qalxıb, İmişli rayonuna gedən yolun xəttində saxlayıb, sola dönərkən ağ rəngli “Toyota Land-Gruser 200” markalı 90SG866 dövlət qeydiyyat nişanlı minik avtomobili arxadan gələrək, idarə etdiyi avtomobilin qabaq sol qanadından vurmuş və idarə etməni itirərək yolun sağında olan dəmir maneyə dəyərək aşıb dayanmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi barədə işin təhqiqatını aparan X9 izahat vermiş və hadisəni olduğu kimi izahatında qeyd etmişdir. Sonradan ona məlum olmuşdur ki, təhqiqatçı iş üzrə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin etmiş, ekspert rəyində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin uyğunsuzluq olduğu göstərildiyindən, Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X5 HK-1/109 nömrəli material üzrə 19 mart 2024-cü il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. BDYPİnin yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X3 xx.xx.2024-cü il tarixdə qəbul etdiyi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 80 manat cərimə olunmuşdur. A.C.Seyidov həmin qərarın qanuniliyini məhkəmə qaydasında mübahisələndirir. Məhkəmə iclasında X11 şikayətində qeyd etdiyi xüsusatları təsdiq edərək, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, təhqiqatçı işdə olan sənədlərlə, o cümlədən yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi ilə onu tanış etməmiş, ona göndərilmiş qərarda barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi qeyd edildiyi halda, Kürdəmir DYPB-nin polis kapitanı X3 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq etmişdir. Narazı qaldığı üçün hər iki qərardan Kürdəmir rayon Məhkəməsinə şikayət vermiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(041)-01/2024 saylı qərarı ilə Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X5 HK-1/109 nömrəli material üzrə 19 mart 2024-cü il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmişdir. Odur ki, şikayəti ilə bağlı qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Kürdəmir RPŞ DYPB-nın yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X10 izahatında göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin HK-1/109 nömrəli material üzrə təhqiqat bölməsinin təhqiqatçısı X5 19 mart 2024-cü il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən sürücülər X6 və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Bundan sonra X11 DYPB-ya dəvət edilmiş və qərara əsasən onun barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 80 manat məbləğində cərimə etmişdir. Kürdəmir rayon polis şöbəsinin HK- 1/109 nömrəli material üzrə təhqiqat bölməsinin təhqiqatçısı X5 19 mart 2024-cü il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar məhkəmə qaydasında ləğv edilmişdirsə, məsələnin həllini məhkəmənin öz mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəməyə təqdim edilən sənədlərdən və tərəflərin izahatından aydın olur ki, HK-1/109 nömrəli material üzrə Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X13 qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında 19 mart 2024-cü il tarixli qərarında apardığı araşdırmanın nəticəsi olaraq, baş vermiş yol nəqliyyatı hadisəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin X6 və X4 əməllərində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan, onlar barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞnin DYPB-nə göndərilmişdir. X4 şikayət ərizəsinə əlavə etdiyi, Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X13 qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında 19 mart 2024-cü il tarixli qərarın əsaslandırıcı və 2-ci bəndində qərarın surətinin sürücülər X14 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci, X11 barəsində isə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Kürdəmir RPŞnin DYPB-nə göndərildiyi qeyd edilmişdir. Bundan əlavə, qərarda sürücü X4 ifadəsində göstərilən xüsusatlara yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi əsasında hüquqi qiymət verilməmiş, baş vermiş yol nəqliyyatı hadisəsində cinayət tərkibi olmadığı əsaslandırılmamışdır. X7 göndərilmiş qərarda barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi qeyd edildiyi halda, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında Kürdəmir DYPB-nin polis kapitanı X3 xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı biri-biri ilə ziddiyyət yaratdığı üçün şikayətçi haqlı olaraq hər iki qərardan məhkəməyə şikayət etmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(041)-01/2024 saylı qərarından görünür ki, Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X5 HK-1/109 nömrəli material üzrə 19 mart 2024-cü il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(041)-01/2024 saylı qərarı ilə X5 19 mart 2024-cü il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv olunduğundan hazırki iş üzrə şikayət edilən xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı deyil, odur ki, şikayət təmin edilməklə sözü gedən qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kürdəmir RPŞ BDYPİ-nin yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X3 xx.xx.2024cü il tarixdə qəbul etdiyi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki vəziyyətdə X4 əməlində Azərbaycan Respublikasının İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə başlanmış icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-340/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-340/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver