Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-341/2024 09.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də çilingər işləyən, Kürdəmir rayonu Xəlsə kəndində qeydiyyatda olmaqa hazırda Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1193/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1193/2023 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay hər uşağa görə 180 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkara olan borcunu ödəməkdən yayınmış, nəticədə 2740 manat aliment borcu yaranmışdır. Tələbkarın şikayətləri əsasında borclu onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində axtarış elan edilmiş və bundan sonra polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. Bundan sonra borcludan izahat alınmış, borcunu tam şəkildə ödəməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Xəlsə kəndində qeydiyatda olmasına baxmayaraq işləri ilə bağlı Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində kirayədə qalır, qəsəbədə yerləşən "xxxx" MMC-də çalışır, aylıq 420 manat əmək haqql alır. Barəsində olan icra sənədindən məlumatı var, bundan əvvəl hazırkı icra sənədini icra etmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilrmiş, məhkəmə iclasında borcundan ödənişlər etdiyi üçün barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola bir dəfə xitam verilmişdir. Hazırda tələbkara olan aliment borcu 2740 manat təşkil edir, aliment borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur, borcunu hər ay maaşından tutmalar etməklə ödəyə bilər. Bundan əlavə, məhkəmənin qətnaməsi onu qane etmir, aliment onun əmək haqqı nəzərə alınmadan kəsilmiş, uşaqlarına etdiyi maddi köməklikləri nəzərə alınmamışdır. Məhkəmə qətnaməsi çıxana qədər toplanmış borcunu aldığı əmək haqqı ilə ödəyə bilməməsi barədə ərizə ilə dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq onun müraciətləri nəzərə alınmamışdır. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1193/2023 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay hər uşağa görə 180 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu tərəfidən icra sənədi bu günə kimi tam şəkildə icra edilməmiş, nəticədə 2740 manat aliment borcu yaranmışdır. Borcunu ödəməkdən yayındığı üçün Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1193/2023 saylı icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay hər uşağa görə 180 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu Şəxs bu günə kimi icra sənədini tam şəkildə icra etməmiş, icra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş, nəticədə 2740 manat aliment borcu yarandığından onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini tam olaraq icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Məhkəmə onu da nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1193/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə bundan əvvəl 1 dəfə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə Şəxs borcundan ödənişlər etdiyinə və qalan borcunu qısa müddət ərzində ödəyəcəyinə söz verdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(41)-1193/2023 saylı icra sənədinin icrası ilə bağlı heç bir tədbir görməmiş, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və axtarış qərarı ilə icra şöbəsinə gətirilərək ondan izahat alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-341/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-341/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver