Məhkəmə qərarları › İş №3(041)-342/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-342/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-342/2024 09.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Gənə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-MİK., ev 19M ünvanında qeydiyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon prokurorluğundan daxill olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin qarşısında səs-küy salaraq və doğum şöbəsində çalışan həkimlər və X2 şöbəsinin polis nəfəri, polis serjantı Taleh Hüseynovla mübahisə etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini bildirərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır, evlidir. Bir müddət əvvəl həyat yoldaşı Şəhanə Uğurova dünyaya uşaq gətirəcəyi üçün onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirib yerləşdirmişlər, uşaq dünyaya gəlmiş, həkimlər onlara uşağın yaxşı olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixdə uşağın vəziyyəti pisləşdiyindən onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparmalı olmuşlar, lakin xəstəxanada çalışanlar xəstəxanaya aid avtomobilin olmadığını bildirdiklərinə və uşağı onların özlərinin Bakı şəhərinə aparmalarına icazə vermədiklərinə görə əsəbləşmiş, özündən asılı olmayaraq yüksək səslə danışmışdır. Həmin vaxt oraya gələn və sonradan tanıdığı mühavizəçi Taleh Hüseynov onları xəstəxananın baş həkiminin yanına aprdıqdan sonra uşağın Bakı şəhərinə aparılması üçün avtomobil ayrılmışdır. Hazırda uşağın səhəti yaxşıdır, xəstəxanada ictimai qaydanı pozan hərəkətlər etdiyi üçün peşmandır. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, X2 şöbəsində işləyir, polis serjantıdır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasında növbədə olarkən saat 13 radələrində baş həkim ona zəng vuraraq doğum şöbəsində Elnurə həkimin döyüldüyünü və oraya getməsini bildirmişdir. Dərhal şöbəyə gedərək xəstə X1 yaxınları adlarını sonradan bildiyi Eldəniz Kərimovun, Şəxs və Nigar Kərimovanın səs-küy salıb ictimai qaydanı pozduqlarını görmüşdür. Onları nizam intizama dəvət etməsinə baxmayar buna nail ola bilməmişdir. Sonradan uşağın narahat olduğunu bilmiş, körpə uşağlar üçün nəzərdə tutulmuş avtomobilin bir müddət sonra gələcəyini bildirməsinə baxmayaraq onları sakitləşdirə bilməmiş, nəticədə onları baş həkimlə görüşməslərinə köməklik etdikdən sonra baş həkim uşağı Bakı şəhərinə aparmaları üçün avtomobil ayırmışdır. Eldəniz Kərimovun, Şəxs və Nigar Kərimovanın səs-küy salmaları nəticəsində xəstəxananın doğum şöbəsinin normal fəaliyyəti və ictimai qayda pozulmuşdur. Şəxs törətdiyi inzibati xəta özünün etirafı və şahidin izahatı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran müəyyən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Gəncə şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar