Məhkəmə qərarları › İş №3(041)-345/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-345/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-345/2024 09.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində küçədə səs-küy salaraq nalayiq ifadələrlə işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini etiraf edərək izahatında bildirdi ki, atasından miras qalmış fermanı öz adına sənədləşdirmək üçün Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq bu günə kimi heç bir nəticə əldə edə bilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə kömək edilməsi üçün DİN-nin 102 xidmətinə zəng vurub “silahlı dəstə düzəldim icra hakimiyətinə gedim ya neyləyim” ifadəsini işlətmişdir. Etdiyi şikayətlə bağlı polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, izahat verməsi üçün onu polis şöbəsinə dəvət etdikləri üçün əsəbi halda onu incidən Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşlarının ünvanına uca səslə nalayiq ifadələr işlədərək öz haqqını tələb etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, hisslərini cilovlaya bilməmiş və aralarında qısa müddətli anlaşılmazləq olmuşdur. Əməlindən peşmandır və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı işləyir, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Atakişili kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng vurub atasında miras qalmış fermanı öz adına sənədləşdirmək üçün Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirərək “silahlı dəstə düzəldim icra hakimiyətinə gedim ya neyləyim” ifadəsini işlətmişdir. Şikayətlə bağlı Şəxs yaşadığı ünvana gedərək onu küçəyə çağırmış, izahat verməli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər, Həmin vaxt Şəxs onlarla kobud rəftar edərək uca səslə Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşlarının ünvanına xoşagəlməz sözlər işlətmiş, ətrafda yaşayan və yoldan keçən insanların oraya toplaşdığını görüb, məcburi qaydada onu polis şöbəsinə apararaq izahatı alınmış və barəsində inzibati xəta haqqına protokol tətib edilmişdir. Şəxs oğlunun törətdiyi inzibati xəta özünün etirafı, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ələlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 09 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar