Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-347/2025 18.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN2263222 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Pirili kəndində yaşayan Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə aldadaraq 200 manat pulunu alıb qaytarmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN2263223 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 Kürdəmir RMX-da olarkən çarpayının üzərində olan ona məxsus içərisində 220 manat olan pul çantasını oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır, işsizdir. xx.xx.2025-ci il tarixdə axşam üstü onun təzyiqi yüksək olduğundan Kürdəmir rayon Mərkəzi Xəstəxanasına getmiş, təzyiqini yoxlatdırandan sonra acil şöbəsində çarpayının üzərindən bel çantasını götürüb oradan uzaqlaşmış, çölə çıxdıqdan sonra çantanı açıb içərisində olan 200 manat pulu götürmüş, çantanı isə yaxınlıqdakı zibil qabına atmışdır. Zərərçəkmiş şəxs1 yox, qardaşı Azəri tanıyır. xx.xx.2025-ci il tarixdə Üzeyir ona zəng edib görüşmək istədiyini bildirmiş, saat 13 radələrində onunla Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən çayxanada görüşmüş, Üzeyir işə düzəlmək istədiyini bildirmiş və ona 200 manat pul vermişdir. Həmin vaxt anası xəstə olduğu üçün aldığı pula dərman alıb anasına aparmışdır. Şəxs izahatının sonunda əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində özünü narahat hiss etdiyi üçün qızı Asya Nuriyeva ilə birlikdə Kürdəmir rayon Mərkəzi xəstəxanasına getmiş, iynə otağında çarpayıya uzanmış, əlində olan pul çantasını digər çarpayının üzərinə qoymuşdur. Ona iynə vurulduqdan sonra o, otaqdan çıxmaq istəyərkən pul çantasının çarpayının üstündə olmadığını görmüşdür. Bundan sonra o, pul çantasını axtarmış, lakin tapa bilməmişdir. Ona məxsus pul çantasənda 220 manat pul olmuşdur. Ona iynə vurulan vaxtı sonradan tanıdığı Şəxs başqa çarpayıda təzyiqini yoxlatdırırdı. Pulunu Şəxs tələb edir və ondan şikayətçidir. Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs tanımır. Onunla heç bir münasibəti olmamışdır. İşləmir, iş axtarırdığı müddətdə xx.xx.2025-ci il tarixdə qardaşı Azərin ona zəng vurub iş istəyib-istmədiyini soruşdu. Qardaşına işləmək istədiyini dedi. Elə həmin günü saat 13 radələrində qardaşı ona Qadirin mobil nömrəsini verdi. Qadirə zəng vurub onunla Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən çayxanada görüşmüş. Görüş zamanı Qadir ona "Kürdəmir süd emalı zavodunda iş var" demişdir. Onu ora sürücü işinə düzəldəcəyini demiş, müqabilində ondan 200 manat pul istəmişdir. Qadirlə razılaşıb elə həmin günü 200 manatı Qadirə vermişdir. Qadirin söz verdiyi vaxtda ona zəng vurmuş, lakin onunla əlaqə saxlamaq mümkün olmamışdır. Qadirin onu aldatmasını bildiyini və buna görə də Kürdəmir RPŞ-na müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyini bildirmişdir. Pulunu Şəxs tələb edir və ondan şikayətçidir. İşdə olan, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Kürdəmir rayonu Xırdapay kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Atakişili kəndi ərazisində Kürdəmir rayonu Pirili kəndində yaşayan Zərərçəkmiş şəxs1 onu Kürdəmir "Süd emalı zavodunda" işə düzəldəcəyi adı ilə sonuncudan 200 manat pul alaraq verdiyi vədə əməl etməmiş, Zərərçəkmiş şəxs1 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və bununlada Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu halda yarandığından, Zərərçəkmiş şəxs1 məxsus pul 200 manat olduğundan, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri yaranmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 məxsus 200 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun yerinin müəyyən edilib barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. Bundan əlavə, 28.03. 2025-ci il tarixdə naməlum şəxs Zərərçəkmiş şəxs2 məxsus içərisində 220 manat olan pul çantasını oğurlamışdır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1. və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi naməlum şəxs Zərərçəkmiş şəxs2 220 manat ziyan vurmuşdur. Ona görə də həmin şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, lakin həmin şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tapılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. Şəxs törətdiyi xırda talama növündə inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxslərin ərizəsi, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, xırda talamaqla zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmədiyini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 18 aprel 2025-ci ildən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-347/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-347/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver