Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-348/2025 22.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs şəxsi axtanş zamanı üzərindən 0.25 qram olan kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayır, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində dəmiryolunun kənarında piyada gəzərkən yerdə olan 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümü diqqətini çəkmiş və götürərək cibinə qoymuşdur. Həmin gün saat 23:50-də Kürdəmir RPŞ-nın əməkdaşları onu polis şöbəsinə aparmış və üzərinə baxış keçirilən zaman həmin bükümü onlara təqdim etmiş və tapıb cibinə qoyduğunu etiraf etmişdir. Narkotik vasitədən istifadə etməmişdir. Himayəsində 2 azyaşlı övladının və xəstə anasının olmasını, həmçinin əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Ə.E.Məmmədovun cinayət işinin başlanmasının rədd olunması barədə 18 aprel 2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasında və daşımasında, həmçinin istifadə etməsində şübhəli bilindiyi üçün, xx.xx.2025-ci il tarixdə il tarixda, saat 23:50-də Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri, Hüseyn Qədirov küçəsi ərazisində piyada hərəkət edən zaman saxlanılmış və həmin tarixdə saat 23:50-dan 23:56-dək üstü yoxlanılan zaman əynində olan göy rəngli idman şalvarının sağ ön cibindan 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə çətənə (kannabis) bitkisindan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, ekspert rəyində narkotik vasitə qurudulmuş marixuananın çəkisi 0.25 qram olduğundan, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin, yəni qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi tərkibi olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddesi ile tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nin bölməsinə göndərilmişdir. - Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/204 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs..." sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 0,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 606 nömrəli rəyinə əsasən Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür Şəxs əməli özünün etirafı, xx.xx.2024-cü il tarixli ekspert rəyi, xx.xx.2025-ci il tarixli tibbi yoxlama rəyi, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olması, əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, 01 ədəd bükümdə təmiz çəkisi - 0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, Şəxs Vilayat oğlunun üzərindən aşkar edilmiş 0.25 qram olan kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalan 0.23 qram hissəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-348/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-348/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver