Məhkəmə qərarları › İş №3(041)-349/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-349/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-349/2025 22.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Kürdəmir şəhəri, İ. Məmmədov küçəsi, ev 3 qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri ərazisində Kürdəmir RPŞ DYPB YPX-nın əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin XÜBİ polis baş leytenantı X1 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri Babək küçəsində Dayvo-Gentra markalı avtomobil əks istiqamətdə hərəkətini davam etdirərək Xanımsoltan İslamzadə küçəsinə daxil olanda dönmə manevrini düzgün etmədiyinə görə yolun sağ tərəfində dayanmış Vaz 2107 markalı avtomobilin sol arxa hissəsinə vuraraq hərəkətini yüksək sürətlə davam etdirmiş, həmin avtomobilin saxlanması üçün saxla işarəsi verilmiş, lakin o, yüksək sürətlə qəza yerindən uzaqlaşmışdır. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, idarə etdiyi Dayvo Gentra markalı ağ rəngli **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir rayonu, saat dairəsi tərəfə hərəkətdə olan zaman arxası ilə ağ Vaz 2107 markalı avtomobil gəlmiş, o da sürətini artıraraq həmin avtomobillə ötüşmə hərəkəti etmişdir. Həmin vaxt polis əməkdaşları işarə verərək maşını saxlamasını istəmiş, əvvəlcə avtomobili onların yanında saxlamış, lakin qorxduğundan avtomobili yüksək surətlə idarə edərək oradan uzaqlaşıb getmişdir. Sonra o, xəstəxana tərəf dönən zaman avtomobili yolun kənarında dayanmış avtomobilə vurub qaçmışdır. Maşını küçədə saxlayıb oradan qaçmışdır. Təxminən 1 saat sonra polis əkməkdaşlarının onu axtardığını öyrənmiş və özü Kürdəmir RPŞ-nə getmişdir. Nəticədə onu polis şöbəsinə apararaq baş verənlərlə bağlı izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşiman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs idarə etdiyi Dayvo-Gentra markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətdə hərəkət zolağında hərəkətini davam etdirərək, Xanımsoltan İslamzadə küçəsinə daxil olan zaman dönmə manevrini düzgün etmədiyinə görə yolun sağ çiynində dayanmış olan VAZ 2107 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə vuraraq hərəkətini yüksək surətlə davam etdirərək qəza yerindən uzaqlaşmış, polis əməkdaşlarının saxla işarəsinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmidşir. Bununla da o, polisin qanuni tələbinə tabe olmamışdır; Kürdəmir RPŞ-də verdiyi izahatdan görünür ki, Şəxs əməlini səmimi etiraf edərək peşiman olduğunu bildirmişdir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşiman olması, əməlini səmimi etiraf etməsi inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar