Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-355/2023 25.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə Kürdəmir şəhəri, S.Şixəliyev küçəsi, ev 50-də yerləşən «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kürdəmir şəhəri, S.Şixəliyev küçəsi, ev 50-də yerləşən «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyəti Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq zəruri sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına vaxtında təqdim etməmişdir. «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyəti bu əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barə dəbarəsində inzibati icraat aparılan hüquqi şəxs «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına heç bir üzrlü səbəb bildirmədən gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə olunmuş bildiriş və xəbərdarlıqlardan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyətnə inzibati icraata başlanağacı və zəruri sənədlərin 7 gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyətinin əməli Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib olunmuş EP ******* nömrəli, 04 aprel 2023-cü il tarixli protokolu və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyətinə inzibati tənbeh tədbiri təyin edərkən onların məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyətinin, törətdiyi xətanın xarakterini,onları xarakterizə edən halları, onların maliyyə və əmlak vəziyyətini, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi,həm özü,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyəti barəsində aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs «Kürdəmir Kəndnəqliyyat” X1 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-355/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-355/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver