Məhkəmə qərarları › İş №3(041)-356/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-356/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-356/2023 10.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İcra sənədi üzrə tələbkar Babaşova Tünzalə Camaləddin qızının iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1063086 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babaşov X3 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-13/2015 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-13/2015 saylı icra vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 100 manat aliment tutularaq tələbkar Babaşova Tünzalə Camaləddin qızına ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2015-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu tam şəkildə ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borclu aliment borcundan 400 manat ödəniş etmiş, qalan 6460 manat borcunu isə ödəyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-13/2015 saylı icra vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 100 manat aliment tutularaq tələbkar Babaşova Tünzalə Camaləddin qızına ödənilməsi qət edilmişdir. Aliment təyin olunan ərəfələrdə o, Rusiya Federasiyasına köçərək orada yaşamış, orada cinayət hadisəsi törətdiyi üçün məhkumluq həyatı keçirmiş, azadlığa çıxdıqdan sonra səhətində müəyən çətinliklər yarandığı üçün uzun müddət yataq şəraitində müalicə olunmuş, işləyib pul qazanmaq qabiliyətində olmamışdır. Buna baxmayaraq uşaqlarının saxlanması üçün müəyyən fasilələrlə tələbkara aliment ödəmişdir. Bir müddət əvvəl yaşadığı Kürdəmir rayon Xırdapay kəndinə qayıtmış, qayıtdıqdan sonra 2023-cü ilin mart ayında tələbkara 1100 manat aliment ödəmişdir. Barəsində tərtib edilən inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra tələbkara 400 manat ödəniş etmiş, qalıq qalan 6460 manat borcun ödənilməsi ilə bağlı tələbkarla öz aralarında razılıq əldə etmişlər, bundan sonra tələbkara hər ay 400 manat ödəniş etdəcəkdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Babaşova Tünzalə Camaləddin qızı izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-13/2015 saylı icra vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 100 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borclu Şəxs aliment borcundan 400 manat ödəniş etmişdir. Hazırda borclunun ona olan aliment borcu 6460 manat təşkil edir və həmin borcun hissə-hissə, yəni hər ay 400 manat ödənilməsi ilə bağlı borclu ilə öz aralarında razılıq əldə etmişlər. Odur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra tələbkar Babaşova Tünzalə Camaləddin qızına 100 manat ödəniş etmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(041)-13/2015 saylı icra vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 100 manat aliment tutularaq tələbkar Babaşova Tünzalə Camaləddin qızına ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borclu aliment borcundan 400 manat ödəniş etmiş, qalıq qalan 6460 manat borcun ödənilməsi ilə bağlı öz aralarında razılıq əldə etməşlər, tələbkar icra sənədinin hissə-hissə, yəni hər ay 400 manat ödənilməklə icra edilməsinə razıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar