Məhkəmə qərarları › İş №3(041)-36/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-36/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-36/2023 09.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Karrar kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən Şəxs xx.xx.2023-cü il tarixdə, Kürdəmir rayon ərazisində Kürdəmir RPŞ-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı göstərilir. Toplanmış material üzrə polis əməkdaşı Orxan Ələkbərov tərəfindən Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN1359816 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Karrar kəndində yaşayır, spirtli içki aludəçisidir. xx.xx.2023-cü il tarixdə yaşadığı nahar edərkən bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün işləri ilə əlaqədar Kürdəmir şəhərinə gəlmiş və polis şöbəsinin inzibati binasının qarşısından keçərkən içkinin təsirindən ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq ictimai yerdə səs-küy salmamasını demişlər və izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər, heç bir narahatçılıq yaratmadan polis əməkdaşları ilə birlikdə şöbəyə gedərək izahat vermişdir, həmin vaxt polis əməkdaşları onun barəsində İXM-nın 510-cu maddəsilə inzibati xəta haqqında protkol tərtib etmişlər, protokolla razı olmuşdur. Bundan sonra polis əməkdaşlarının əsassız yerə onun barəsində İXM-nın 535.1-ci maddəsilə də inzibati xəta haqqında protokol tərtib etdiklərini görmüş və öz etirazını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Məhkəmənin qərarına əsasən İXM-nın 510-cu maddəsilə təqsirli bilinərək barəsində 5 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs izahatından və iş materillarında olan sənədlərdən onun hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulan inzibati xəta təkibi olduğu müəyyən olunmur. Belə ki, Qadir Piriyev polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq heç bir çətinlik yaratmadan izahat vermək üçün polis şöbəsinə getmişdir. Belə olan halda Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən olunmur. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar