Məhkəmə qərarları › İş №3(041)-36/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-36/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-36/2024 26.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, barəsində inzibati icraat açılmış hüquqi şəxs ŞəxsMMC-nin nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx"MMC barəsində Azərbaycan Respubliaksı Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü iltarixli, EP ******* inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat açılmış hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 ifadəsində göstərdi ki, onlar tələb olunan vəsaiti və bəyamnaməni qanunla müəyyən edilmiş müddətdə banka köçürsələr də bankın səhlənkarlığı səbəbindən qann pozuntsu kmi qeydə alınmış və cəmiyyət barəsində hazırki protokol tərtib edilmişdir. Hesab edir ki, onların əməlində heç bir inzibati xəta tərkibi yoxdur və protokola xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş Azərbaycan Mərkəzi Bankına lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etirazlarının olmadığını bildirmiş və Şəxs MMC tərəfindən YGB-lər əsasında 82022,00 ABŞ dolalrı məbləğində malların ölkəyə idxal edildiyini və avans məbləğinin qismən bağlandığını,hazırda avans üzrə köçürülən ödənişdən bəyan edilməyən yekun qalıq məbləğinin 3960,00 ABŞ dolları təşkil etdiyini və bank tərəfində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı protokol üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə inzibati işinin materiallarını araşdırıb, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, "xxxx"MMC barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokola xitam verilməliodir. Belə ki, Azərbaycan Mərkəzi Bankıtərəfindən göndərilmiş ərizədə göstərilir ki, Şəxs MMC tərəfindən YGB-lər əsasında 82022,00 ABŞ dolalrı məbləğində malların ölkəyə idxal edilmişi və avans məbləğinin qismən bağlanmış,hazırda avans üzrə köçürülən ödənişdən bəyan edilməyən yekun qalıq məbləğinin 3960,00 ABŞ dolları təşkil etdiyi göstrilmişdir. “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na əsasən geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000,00 ABŞ dolları ekvivalentindən az olduğuna görə inzibati xəta tərkibi yaratmır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməli və onlar, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü (İnzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-in 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda. inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar