Məhkəmə qərarları › İş №3(041)-360/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-360/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-360/2023 11.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1063088 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilova X3 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1208/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 1208/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5030 manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədi borclu Şəxs tərəfindən tam şəkildə icra edilməmişdir. Hazırda icra sənədi üzrə borclunun tələbkara 1960 manat borcu var. İcra sənədini icra etməkdən yayındığı üçün borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Odur ki, tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hazırda icra sənədinin icrası ilə bağlı, yəni tələbkara olan borcunun ödənilməsi ilə əlaqədar tədbirlər görür. Bir müddət əvvəl borcundan hər ay hissə-hissə ödəniş edəciyi ilə bağlı tələbkarla öz aralarında razılığa gəlmişlər və verdiyi sözə əməl edərək hər ay borcundan ödənişlər etmişdir, lakin bir müddət əvvəl səhətində olan çətinliklərə və maddi imkansızlığa görə ödəniş edə bilməmişdir, buna baxmayaraq borcunu ödəməli olduğunu dərk edir və hazırda icra sənədinin icrası ilə bağlı tədbirlər görür. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borcundan hər ay 150 manat ödəniş edəciyi ilə bağlı tələbkarla öz aralarında razılığa gəlmişlər. Şəxs izahatının sonunda borcundan hər ay fasiləsiz olaraq 150 manat ödəyəcəyinə söz verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1208/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5030 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda borclunun ona olan borcu 1960 manat təşkil edir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra 1960 manat borcdan hər ay 150 manat ödəniş edəlməsi ilə bağlı Şəxs öz aralarında razılığa gəlmişlər. Odur ki, Şəxs qarşı heç bir şikayəti yoxdur. İnzibati icraat iştirakçılarının izahatlarıını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1 və icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatlarından Şəxs hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulan inzibati xəta təkibi olduğu müəyyən olunmur. Belə ki, qalıq qalan 1960 manat borcun hissə-hissə, yəni hər ay 150 manat ödənilməklə icra sənədinin icra edlməsi barədə tələbkarla borclu öz aralarında razıq əldə etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs hazırda icra məmurunun qanuni tələblərini yerinə yetirməkdə qərəzli şəkildə yayınması müəyyən olunmur və onun əməlində inzibati xəta tərkibi olmadığı görünür. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar