Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-370/2023 12.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkarın nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1063089 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mövlayev X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1618/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 1618/2021 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və əmlakları, özləri olmadıqda isə onların dəyəri 13419 manat pul borclu Şəxs alınaraq tələbkara ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. Yerinə yetirilən icra tədbirləri nəticəsində icra sənədində göstərilən tələblərin çox hissəsi icra edilib, lakin qızıl-zinət əşyaları hissəsində icra etmək mümkün olmamışdır. Belə ki, icra tədbirləri zamanı borclu qızıl-zinət əşyalarını tələbkara təqdim etmiş, lakin tələbkar həmin əşyaların toy ərəfəsində verilən əşyalar olmadığını bildirərək onları qəbul etməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1618/2021 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və əmlakları, özləri olmadıqda isə onların dəyəri 13419 manat pul ondan alınaraq tələbkara ödənilməsi qət edilmişdir. Borclu icra sənədində qeyd edilən əmlakları tələbkara qaytarmış, lakin qızıl-zinət əşyalarını təqdim edərkən tələbkar əşyaların qiymətinin ucuz olduğunu bildirərək qəbul etməmişdir. Həmin vaxt qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı icra məmuru tərəfindən şöbəyə mütəxəssis dəvət edilməmiş və müəyyən rəy alınmamışdır. Bundan sonra icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz narazılığını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Hesab edir ki barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkarın nümayəndəsi X6 izhatında bildirdi ki, tələbkar Cəmilə Babayeva onun qızıdır, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 1618/2021 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və əmlakları, özləri olmadıqda isə onların dəyəri 13419 manat pul Şəxs alınaraq qızı Cəmilə Babayevaya ödənilməsi qət edilmişdir. Borclu icra sənədində qeyd edilən əmlakları onlara qaytarmış, lakin qızıl-zinət əşyalarının toy-ərəfəsində verilən əşyalar olmadığına və qiymətinin icra sənədində göstərilən qiymətlə uyğun olmadığı üçün qəbul etməmişlər. C.F.Babayev izahatının sonunda tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərara qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1618/2021 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və əmlaklar, özləri olmadıqda isə onların dəyəri 13419 manat pul borclu Şəxs alınaraq tələbkara ödənilməsi qət edilmişdir. Yerinə yetirilən icra tədbirləri nəticəsində icra sənədində göstərilən əməlaklar borcludan alınaraq tələbkara verilmiş, tələbkar qeyd edilən əmlakları qəbul etmiş, lakin qızıl-zinət əşyalarının toy-ərəfəsində verilən əşyalar olmadığına və qiymətinin icra sənədində göstərilən qiymətlə uyğun olmadığı üçün qəbul etməmişlər. lakin qızıl-zinət əşyalarını təqdim edərkən müəyyən çətinliklər yaratmış, həmin əşyaların qiymətinin ucuz olduğunu bildirərək qəbul etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, qızıl-zinət əşyalarının toy-ərəfəsində verilən əşyalar olmadığı və qiymətinin icra sənədində göstərilən qiymətlə uyğun olmadığı səbəbindən tələbkarın həmin əşyaları qəbul etməməsi icra sənədinin icrası zamanı yaranmış mübahisə icra məmuru tərəfindən həll edilməlidir. Yəni, icra məmuru bununla bağlı ya icra sənədini verən məhkəməyə müraciət edə və ya mütəxəssis dəvət etməklə mübahisəni icra mərhələsində həll edə bilərdi. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-370/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-370/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver