Məhkəmə qərarları › İş №3(041)-372/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-372/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-372/2024 17.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Köhünlü kəndində qeydiyyatda olmaqa hazırda Bakı şəhərində ünvanı məlum olmayan evdə kirayə yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ağayev X3 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)- 1676/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(041)-374/2016 saylı, xx.xx.2018-cı il tarixli, 2(041)-1422/2018 saylı, xx.xx.2020-ci il tarixli, 2(041)-782/2020 saylı, Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1676/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(041)-374/2016 saylı, xx.xx.2018-cı il tarixli 2(041)-1422/2018 saylı, xx.xx.2020-ci il tarixli 2(041)-782/2020 saylı, Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən tələbkarlara ümumilikdə 3097.88 borcu vardır. İcra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkarlara olan borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Tələbkarların şikayətləri əsasında borclu onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş izahatı alınmışdır. Tələbkarlara olan 3097.88 borcunu tam şəkildə ödəməkdən yayındığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Köhünlü kəndində qeydiyatda olmasına baxmayaraq işləri ilə bağlı Bakı şəhərində ünvanını bilmədiyi evdə yaşayır. Barəsində olan icra sənədlərindən məlumatı var. Hazırda icra sənədləri üzrə ümumi borcu 3097.88 manat təşkil edir, borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur, icra sənədini hər ay hissə-hissə ödənişlər etməklə icra edə bilər. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Ağayev X3 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-1676/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(041)-374/2016 saylı, xx.xx.2018-cı il tarixli 2(041)-1422/2018 saylı, xx.xx.2020-ci il tarixli 2(041)-782/2020 saylı, Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli icra sənədlərini tam şəkildə icra etməmiş, nəticədə 3097.88 manat borcu yarandığından onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini tam olaraq icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar