Məhkəmə qərarları › İş №3(041)-373/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-373/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-373/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə) Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininnin nümayəndəsi X4 iştirakı ilə xx.xx.1959-cu ildə Kürdəmir şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan - X3 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati icraat açılaraq aidiyyatı üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat açılmış şəxs G.S.Mamafovaya təkrar olaraq lazimi qaydada məluma evrilmsəinə baxmayaraq, o, heç bir məluma vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati materiala onun iştirtakı olamdan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinəəsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsininnin nümayəndəsi X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə sat 13.00-da Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən və X1 fəaliyyəti ilə məşğul olduğu baytarlıq aptekində keçirilmiş operativ vergi nəzarəti zamanıə onun dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi müəyyən edilmişdir. X3 ilk dəfədir ki, inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallaırna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********4157 nömrəli “Operativ vergi nəzarəti həyata keçirilməsi haqqında qərardan görünür ki, Kürdəmir şəhəri, H.əliyev prospektində yerləşən Baytarlıq aptekində vergi nəzarəti həyata keçirilməsi qərara alınmıdır. İş materiallaırna əlavə edilmiş “Lisenziya tələb olunan fəaliyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli.SERİYA DVX 000117 nömrəli aktadan görünür ki, operativ vergi yoxlaması zamanı vergi ödəyicisi X2 fəaliyyət göstərdiyi baytarlıq aptekində “Lisenziyala və icazələr haqqında” Azərbaycan Respubliaksının Qanununun tələbləri pozulmuşdur. İş materialalrına əlavə edilmiş X2 9 saylı Ərazi Verilər İdarəsinə ünvanladığı izahatından görünür ki, Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekində xx.xx.2023-cü il tarixdən xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmiş və bu müddət ərzində 200 manat gəlir əldə etdiyini göstərmişdir. İş materialalrına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X3 200 manatı dövlət büdcəsinə ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, o, inzibati cərimələri tam şəkildə ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində gsötərilir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar