Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-374/2023 12.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Yuxarı Axtaçı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646164 nömrəli inzibati xəta haqqına protokola və xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Dayıkazımlı kənd ərazisində qadağan olunmuş müddətlərdə ov qaydalarını pozaraq 12 ədəd balıq ovlayaraq təbiətə 242 manat maddi ziyan vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, ailəsi ilə birlikdə Sabirabad rayonu, Yuxarı Axtaçı kəndində yaşayır, özünə məxsus “VAZ 2106” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə həmin avtomobillə balıq tutmaq üçün Kürdəmir rayonu Dayıkazımlı kəndində gəlmiş, özü ilə bir ədəd su qayığı və 1 ədəd tor gətirmişdir. Orada yerləşən su kanalına qayıq vasitəsiylə tor qurmuş və 10 ədəd sazan, 2 ədəd karp balığı tutmuşdur. xx.xx.2023-cü il tarixdə, gecə saat 00-50 radələrində yaşadığı Sabirabad rayonu, Yuxarı Axtaçı kəndinə gedərkən iki nəfər polis əməkdaşı avtomobilini saxlatmış, avtomobilin üstündə apardığı su qayığı barəsində onu sorğu-sual etdikdə su qayığından Dayıkazımlı kəndində balıq ovlamaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu izahat verməsi üçün polis şöbəsinə dəvət etmiş, şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. O, törətdiyi əməlin məsuliyyət yaratdığını bilməmişdir. Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs barəsində olan ov qaydalarının pozulması ilə bağlı material ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən alınmış 3-14-47/2-257/2023 saylı məktubundan görünür ki, 10 ədəd çəki (sazan) balıqının qiyməti 220 manat və 2 ədəd daban balığı (karp) balığının qiyməti 22 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, Əhmədov X1 rayonu Dayıkazımlı kəndi ərazisində yerləşən su kanalından istifadəsi qadağan olunmuş tor vasitəsiylə ümumi dəyəri 242 manat olan balıq ovlamışdır. Güründüyü kimi Şəxs qanunsuz yollarla tor vasitəsiylə lazımi icazəsi olmaqla 12 ədəd balıq ovlamaqla ov qaydalarını pozmuş və və bu səbəbdən onun törətdiyi inzibati xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs tərəfindən inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 1 ədəd qayıq və 1 ədəd tor müsadirə edilməklə, törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş müəyyən müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Beləliklə, Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 1 ədəd qayıq və 1 ədəd tor müsadirə edilməklə 01 bir il müddətə ov hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsinə əsasən ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə edilmiş 1 ədəd qayıq və 1 ədəd tor müsadirə edilməklə 01 (bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-374/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-374/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver